Ərdoğandan Brüsselin “Made in Europe” planına etiraz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasına göndərdiyi mektubda Aİ-nin “Made in Europe” tənzimləməsinin Türkiyə üçün yaratdığı riskləri vurğulayıb və Gömrük Birliyi çərçivəsində ədalətli yanaşma tələb edib.

21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının “Made in Europe” kimi tanınan yeni ticarət təşəbbüsü ilə bağlı narahatlıqlarını Brüsselə rəsmi məktubla çatdırıb.

Türkiyə və Avropa İttifaqı arasında uzun illərdir davam edən Gömrük Birliyi çərçivəsində Türkiyənin avtomobil sənayesi və digər strateji sektorlarının Avropa tədarük zəncirində mühüm rol oynadığına diqqət çəkən Ərdoğan, yeni tənzimləmənin Türkiyəni kənarda qoyma riski ilə üz-üzə qoyduğunu bildirib və bu gedişatın həm Gömrük Birliyi razılaşmasının mənasına, həm də qarşılıqlı ticarət münasibətlərinə ciddi zərər verə biləcəyini vurğulayıb.

Məktubun əsas mesajı Türkiyənin “üçüncü ölkə” kimi xarakterizə edilməsinin Avropa ilə iqtisadi inteqrasiyaya əks təsir göstərəcəyi və mövcud ticarət çərçivəsinin pozulmasına səbəb ola biləcəyi ilə bağlıdır.

Məsələ ilə bağlı müzakirələr diplomatik kanallarda davam edir və biznes dairələri də təhlükəsizlik və gələcək perspektivləri ilə bağlı narahatlıqlarını dilə gətirirlər.

Bu təşəbbüs Brüsseldə “Made in Europe” məhsullarına üstünlük verilməsi üçün minimum yerli tərkib tələblərinin tətbiqi ilə bağlı planların bir hissəsidir və Aİ-nin öz sənaye siyasətini gücləndirmək məqsədini daşıyır, lakin bunun Türkiyənin iqtisadi roluna təsirləri geniş müzakirə olunur.