Azərbaycan 7 Türkiyə vətəndaşını beynəlxalq axtarışa verdi

Azərbaycan Baş Prokurorluğu dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə çağırışlar və dini nifrətin qızışdırılması ittihamları ilə Türkiyədə yaşayan və fəaliyyət göstərən yeddi nəfəri beynəlxalq axtarışa verib.

13

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etməkdə ittiham olunan, Türkiyədə yaşayan və fəaliyyət göstərən yeddi nəfər barəsində beynəlxalq axtarış elan edib.

MSNews.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun oktyabrın 19-da yaydığı rəsmi açıqlamada bildirilib.

Məlumata əsasən, oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

İstintaq orqanının iddiasına görə, Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslər sentyabrın 25-dən oktyabrın 18-dək sosial şəbəkələrdə və internet platformalarında Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dövlət hakimiyyətinin ələ keçirilməsinə və dini zəmində zorakılığa çağırışlar ehtiva edən materiallar yayıblar.

Baş Prokurorluğun beynəlxalq axtarış elan etdiyi şəxslər bunlardır:

  1. Rıdvan Kaya – “Haksöz” jurnalı və “Haksöz Haber” saytının müəllifi;

  2. Zəkəriyyə Cəran (Abdullah İmamoğlu) – “Köklü Değişim” nəşrinin yazarı və “Değişim TV”nin aparıcısı;

  3. Fatih Tezcan – “Analiz Merkezi” internet resursunun təsisçisi;

  4. Ahmet Şanlı – “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri;

  5. Fahrettin Taşkaya Saral – araşdırmaçı;

  6. Abdurrahman Tumer – sosial şəbəkə istifadəçisi;

  7. Alparslan Tanrıkulu – moderator və idmançı.

Baş Prokurorluğun açıqlamasına görə, adıçəkilən şəxslər oktyabrın 19-da müvafiq maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İstintaq materiallarında Rıdvan Kayanın oktyabrın 3-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, onun və Zəkəriyyə Cəranın isə oktyabrın 13-də Azərbaycanın Ankaradakı səfirliyi qarşısında təşkil edilən etirazda qanunsuz çağırışlar etdikləri iddia olunur.

Prokurorluq hesab edir ki, araşdırılan çıxış və paylaşımlar yalnız dini baxışların ifadəsi və ya dövlət qurumlarının tənqidi ilə məhdudlaşmayıb, zorakılığa çağırış əlamətləri də daşıyıb.

Cinayət işi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə təkrar açıq çağırışlar, dini zəmində zorakılıqla nifrət və düşmənçiliyin salınması, habelə dini ekstremist fəaliyyətə çağıran materialların hazırlanması və yayılması ilə bağlı maddələr üzrə araşdırılır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Xəbər lenti