Ərdoğanın yenidən prezident olması üçün erkən seçki planı

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə yenidən prezidentliyə namizəd olması üçün seçkilərin vaxtından əvvəl keçirilməsi müzakirə edilir. Bunun üçün parlamentdə 360 deputatın dəstəyi tələb olunur.

21

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə yenidən dövlət başçısı vəzifəsinə namizəd ola bilməsi üçün prezident və parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi müzakirə olunur.

MSNews.az xəbər verir ki, Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum 2028-ci ilin mayında keçirilməsi nəzərdə tutulan seçkilərin mart və ya aprel aylarına çəkilə biləcəyini bildirib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Uçumun sözlərinə görə, seçkilərin Türkiyə Böyük Millət Məclisinin qərarı ilə yenilənməsi Ərdoğanın növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsinə hüquqi imkan yarada bilər.

Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezidentin ikinci səlahiyyət müddətində parlament növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edərsə, dövlət başçısı bir dəfə də namizəd ola bilər.

Bunun üçün 600 yerlik parlamentdə ən azı 360 deputatın dəstəyi tələb olunur. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) və müttəfiqlərinin səsləri isə bu həddə çatmır. Yayılan hesablamalara görə, hakim düşərgənin 331 səsi olduğu təqdirdə qərarın qəbulu üçün əlavə 29 deputatın dəstəyi lazımdır.

“Euronews” telekanalının məlumatına görə, Mehmet Uçum daha əvvəl 16 aprel 2028-ci ili mümkün seçki tarixi kimi göstərib. O, bu tarixin 2017-ci ildə Türkiyədə prezident idarəetmə sisteminə keçidlə bağlı referendumun ildönümünə təsadüf etdiyini xatırladıb.
Hakim koalisiyanın tərəfdaşı olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da Ərdoğanın yenidən namizədliyi üçün parlamentin uyğun vaxtda seçkilərin yenilənməsi barədə qərar qəbul etməsini dəstəkləyib.
Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl isə seçkilərin yalnız Ərdoğanın yenidən prezidentliyə namizəd olmasına imkan yaratmaq məqsədilə irəli çəkilməsinə qarşı çıxıb.

Qeyd edək ki, Ərdoğan 2018 və 2023-cü illərdə prezident seçkilərində qalib gəlib. Mövcud konstitusion qaydalara əsasən, onun növbəti dəfə namizədliyi üçün parlamentin seçkilərin yenilənməsi barədə qərarı əsas hüquqi variantlardan biridir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.