Trampdan Zelenskiyə sərt ittiham: “Ukraynanı məhv edib”

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini sülh razılaşmasına mane olmaqda ittiham edib. Tramp Zelenski ilə əməkdaşlığın çətin olduğunu bildirib.

21

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini sərt tənqid edərək onun Rusiya ilə müharibənin başa çatdırılmasına yönəlmiş razılaşmaya nail olmaq istəmədiyini iddia edib.

MSNews.az xəbər verir ki, Tramp bu barədə oktyabrın 15-də “Newsmax” telekanalına müsahibəsində danışıb.

ABŞ Prezidenti Zelenskini danışıqlar üçün münasib tərəfdaş hesab etmədiyini bildirib və onun kompromisə getmək istəmədiyini irəli sürüb.

“Zelenski bizim əməkdaşlıq etməyimiz üçün uyğun şəxs deyil. Onunla razılığa gələ bilməyəcəklər. O, razılaşmaq istəmir. İstədiyini deyir, amma əslində belə deyil”, – deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri Ukrayna Prezidentinə münasibətini daha sərt ifadələrlə açıqlayıb:

“Mən Zelenskinin böyük pərəstişkarı deyiləm. Onlar Ukraynanı məhv ediblər”.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağın Zelenski ilə müqayisədə daha asan olduğunu iddia edib. Bu barədə “NPR” radiosunun yayımladığı materialda məlumat verilib.

Açıqlamalar Vaşinqtonla Kiyev arasında Rusiyanın enerji obyektlərinə zərbələr məsələsində fikir ayrılıqlarının dərinləşdiyi dövrə təsadüf edib.

“Proto Thema” nəşrinin məlumatına görə, Tramp Ukraynanın Rusiya neft emalı müəssisələrinə hücumlarını tənqid edərək bu əməliyyatların dünya bazarında neft qiymətlərinin artmasına səbəb olduğunu bildirib.

Zelenski isə daha əvvəl Ukraynanın Rusiya enerji obyektlərinə zərbələri davam etdirəcəyini açıqlayıb və Vaşinqtonu Moskvanın mövqeyini dəstəkləməməyə çağırıb.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.