Trampın yeni səfirinin fotosu sosial şəbəkələri qarışdırdı

ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə üzrə xüsusi səfiri Barbera Tornhillin rəsmi fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər təyinat xəbərindən daha çox fotoşəklin görünüşünə diqqət yetiriblər.

41

ABŞ Prezidenti Donald Tramp administrasiyasında yüksək vəzifəyə təyin olunan Barbera Tornhill sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Lakin diqqət mərkəzində onun yeni vəzifəsi deyil, təyinatla bağlı yayımlanan rəsmi fotoşəkli dayanıb.

MSNews.az xəbər verir ki, Barbera Tornhill ABŞ Dövlət Departamentinin İnsan Alverinin Monitorinqi və Ona Qarşı Mübarizə İdarəsinin rəhbəri və xüsusi səlahiyyətli səfir vəzifəsinə təyin edilib.

Oktyabrın 13-də ABŞ dövlət katibinin köməkçisi Rayli Barns sosial şəbəkədə paylaşım edərək Tornhillin yeni vəzifəyə başlamasını alqışlayıb.

Barns insan alverinin ciddi insan hüquqları pozuntusu və transmilli cinayət olduğunu vurğulayaraq ABŞ administrasiyasının insan alveri ilə mübarizəni davam etdirəcəyini bildirib.

Lakin rəsmi təyinat xəbərini müşayiət edən fotoşəkil qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrin əsas mövzusuna çevrilib.

İstifadəçilərin bir qismi fotoşəklin həqiqiliyini şübhə altına alıb, digərləri isə onun satirik məqsədlə hazırlanmış görüntü ola biləcəyini düşünüblər.

Britaniyanın “International Business Times” nəşrinin məlumatına görə, bəzi sosial şəbəkə istifadəçiləri rəsmi portreti qeyri-adi hesab edərək müxtəlif zarafatlar və müqayisələr paylaşıblar.

ABŞ-nin “Just Jared” nəşri yazır ki, təyinatla bağlı paylaşım 10 milyondan çox baxış toplayıb. Fotoşəklin yaratdığı maraqdan sonra Tornhillin əvvəlki illərdə çəkilmiş görüntüləri də yayılmağa başlayıb.
Barbera Tornhill ABŞ-də biznes və xeyriyyəçilik fəaliyyəti ilə tanınır. O, Los-Ancelesdə fəaliyyət göstərən “Impact Design” şirkətinin prezidenti olub və müxtəlif xeyriyyə təşəbbüslərində iştirak edib.

2019-cu ildə Donald Tramp onu ABŞ-nin Sinqapurdakı səfiri vəzifəsinə namizəd göstərmişdi. Lakin həmin təyinat baş tutmamışdı. Tornhillin hazırkı vəzifəyə namizədliyi 2026-cı il iyunun 25-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində müzakirə edilib.

Avqustun 7-də Senat onun namizədliyini təsdiqləyib. Oktyabrın 13-də isə Dövlət Departamenti rəsmisi yeni səfiri ictimaiyyətə təqdim edib.

Tornhillin rəhbərlik etdiyi idarənin əsas vəzifələrinə dünyada insan alveri ilə bağlı vəziyyətin monitorinqi, insan alverinin qarşısının alınmasına dair beynəlxalq əməkdaşlıq və zərərçəkmişlərin müdafiəsi istiqamətində fəaliyyət daxildir.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.