Şahzadə İzabella hərbi xidmətə başlayıb

Danimarka şahzadəsi İzabella Qvardiya Husar Alayında 11 aylıq hərbi xidmətə başlayıb və xidmət dövründə maaşdan imtina edib.

64

Danimarka şahzadəsi İzabella avqustun 3-də Slagelse şəhərindəki Antvorskov kazarmasına gələrək 11 aylıq hərbi xidmətə başlayıb.

MSNews.az xəbər verir ki, 19 yaşlı şahzadə Qvardiya Husar Alayında əvvəlcə beş aylıq ilkin hazırlıq, daha sonra altı aylıq əməliyyat xidməti keçəcək. Danimarka Kral Evi onun xidmətə başlayacağını daha əvvəl rəsmən açıqlamışdı.

“B.T.” nəşrinin məlumatına görə, İzabella hərbçilərə verilən aylıq  8300 kron (təxminən 2 537 manat) məbləğində yaşayış xərcləri üçün nəzərdə tutulan müavinəti və əlavə olaraq, 9 000 kron (təxminən 2 347 manat) məbləğində hərbi xidmət maaşını qəbul etməyib. Onun 11 ay ərzində ümumilikdə təxminən 190 min kron ödəniş almaq hüququ olduğu bildirilir.

Şahzadənin böyük qardaşı, vəliəhd Kristian da 2025-ci ildə eyni alayda hərbi xidmət keçib.