Donald Tuska qarşı sui-qəsd şübhəsi

Polşa polisi Baş nazir Donald Tuska və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün hücumla bağlı Vrotslav şəhərində şübhəli şəxsi saxlayıb. Təhlükə barədə xüsusi xidmət orqanlarına elektron məktub vasitəsilə məlumat daxil olub.

59

Polşada Baş nazir Donald Tuska qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, mümkün hücum təhlükəsi ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamışı da əhatə edib.

MSNews.az xəbər verir ki, hadisə barədə Polşanın daxili işlər naziri Marçin Kervinski oktyabrın 11-də məlumat verib. Nazir sosial şəbəkə hesabında Baş naziri hədələyən və ona qarşı hücum planlaşdırmaqda şübhəli bilinən şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb.

Polşanın “Rzeczpospolita” qəzetinin məlumatına görə, saxlanılma ölkənin cənub-qərbində yerləşən Vrotslav şəhərində həyata keçirilib. Şübhəlinin təxminən 60 yaşlarında olduğu və əvvəllər xırda hüquq pozuntuları ilə bağlı polis qeydiyyatına düşdüyü bildirilir.

Sui-qəsd təhlükəsi barədə ilkin məlumat Dövlət Mühafizə Xidmətinin elektron poçt ünvanına göndərilən məktub vasitəsilə üzə çıxıb.

Məktubda hökumət rəhbərinə və müdafiə nazirinə qarşı mümkün hücumla əlaqədar məlumatların yer aldığı bildirilir. Xüsusi xidmət orqanları xəbərdarlığı ciddi qiymətləndirərək təcili təhlükəsizlik tədbirlərinə başlayıblar.

“Rzeczpospolita”nın araşdırmasına əsasən, həmin məlumatların məktəblərdə baş vermiş son zorakılıq hadisələri ilə əlaqəsi müəyyən edilməyib.

İstintaq zamanı silahlı hücum ehtimalı da araşdırılır.

Polşa mediasının yaydığı məlumatlara görə, şübhəlinin internetdə radikal qruplarla əlaqə yaratmaq və mümkün hücum üçün tərəfdaş tapmaq cəhdləri araşdırılır.

Lakin həmin təmasların konkret məzmunu və hücum planının nə dərəcədə həyata keçirilməyə hazır olduğu rəsmi şəkildə tam təsdiqlənməyib.

Polşanın təhlükəsizlik xidmətlərinin nümayəndəsi Yatsek Dobşinski təhlükənin ciddi hesab edildiyini bildirərək aidiyyəti qurumların fövqəladə müşavirə keçirdiyini açıqlayıb.

Baş nazir Donald Tusk isə saxlanılmadan sonra polis əməkdaşlarına təşəkkür edib.

“Sui-qəsdlə hədələyən şəxs saxlanılıb. Sürətli və qətiyyətli fəaliyyətə görə polis əməkdaşlarına təşəkkür edirəm”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, oktyabrın 13-də Polşada yüksəkvəzifəli siyasətçilərə qarşı təhdidlərlə əlaqədar daha bir şəxsin saxlanıldığı barədə məlumat yayılıb. “Reuters” agentliyinin məlumatına görə, həmin hadisə ayrıca araşdırılır.

Hazırda Vrotslavda saxlanılan şəxsin mümkün sui-qəsd planındakı rolu və başqa şəxslərlə əlaqələri araşdırılır. Onun təqsiri barədə yekun məhkəmə qərarı yoxdur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.