Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakıda mətbuata bəyanatlarla çıxış ediblər.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat yayımlanıb.
Dövlət başçılarının mətbuata bəyanatları Laos Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Bundan əvvəl İlham Əliyevlə Thonqlun Sisulit arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.
Görüşlərin ardınca Azərbaycan və Laos arasında Birgə Bəyanat qəbul olunub, iki ölkənin əməkdaşlığına dair sənədlərin mübadiləsi mərasimi təşkil edilib.
Mübadilə olunan sənədlər kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişi əhatə edib.






