Putinin sülh danışıqlarına qayıtmaq üçün əsas şərti üzə çıxdı: Donbasın qalan 11 faizi

“Reuters” agentliyinin Kremlə yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Vladimir Putin Donbasın Ukraynanın nəzarətində qalan 11 faizini əldə etmədən sülh danışıqlarına qayıtmaq niyyətində deyil. ABŞ isə Rusiya ilə dizel razılaşmasının Moskvanın mövqeyini yumşaldacağına ümid edir.

42

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına qayıtmaq üçün əsas şərtinin Donbasın hələ də Kiyevin nəzarətində olan 11 faizinin ələ keçirilməsi olduğu bildirilir. Kremlə yaxın mənbənin sözlərinə görə, Putin yalnız bundan sonra danışıqlar masasına qayıtmağa hazır ola bilər.

MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya lideri Donbasın qalan hissəsini nəzarətə götürməyi daxili ictimaiyyətə hərbi qələbə kimi təqdim etmək niyyətindədir.

“Putin yalnız Donbasın qalan 11 faizini əldə etdikdən sonra danışıqlar masasına qayıdacaq. O, bunu ölkə daxilində qələbə kimi təqdim edə bilər”, – deyə mənbə bildirib.

ABŞ administrasiyası isə Moskvanı danışıqlara qaytarmaq üçün iqtisadi güzəştlərdən istifadə etməyə çalışır.

“Reuters”in məlumatına görə, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Mayamidə Ukrayna rəsmiləri ilə görüş zamanı Rusiyadan dizel yanacağının ixracına imkan yaradan razılaşmanın Moskvanın mövqeyini yumşalda biləcəyini bildiriblər.

Razılaşma çərçivəsində Rusiyanın ABŞ və dünya bazarlarına 2,25 milyon bareldən çox dizel yanacağı tədarük etməsi nəzərdə tutulur.

Vaşinqton hesab edir ki, enerji sahəsində iqtisadi əməkdaşlıq Moskvanın üçtərəfli sülh danışıqlarına qayıtmasına şərait yarada bilər. Lakin Ukrayna nümayəndələri bu yanaşmaya şübhə ilə yanaşıblar.

ABŞ-də də razılaşmaya qarşı çıxan siyasətçilər var. Onların fikrincə, Rusiyaya iqtisadi güzəştlərin edilməsi müharibənin dayandırılmasına dair konkret öhdəliklər olmadan Moskvanın əlavə gəlir əldə etməsinə imkan yarada bilər.

Ukrayna isə Donbasda əlavə ərazi güzəştinə getməkdən imtina edir. Kiyev mövcud cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını mümkün sülh razılaşmasının müzakirə bazası kimi nəzərdən keçirə biləcəyini bildirib.

Qeyd edək ki, Tramp administrasiyası daha əvvəl də Rusiyanı danışıqlara cəlb etmək üçün sanksiyaların yumşaldılması və iqtisadi əməkdaşlıq imkanlarını gündəmə gətirib. Lakin həmin təşəbbüslər Moskvanın əsas ərazi tələblərini dəyişməyib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.