İlham Əliyev və Mehriban Əliyevanın adından rəsmi nahar verilib

Oktyabrın 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.

57

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kamboca Krallığının Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.

MSNews.az xəbər verir ki, rəsmi nahar Kamboca hökumət başçısının Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

Bundan əvvəl Bakıda Baş nazir Hun Manetin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə Kambocanın Baş naziri arasında məhdud və geniş tərkibdə görüşlər baş tutub. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat verilib.

Səfər çərçivəsində iki ölkə arasında diplomatik təhsil, ikiqat vergitutmanın aradan qaldırılması və ticarət-iqtisadi əməkdaşlıq sahələrini əhatə edən üç sənəd də mübadilə olunub.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.