2026-cı il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatının qalibləri açıqlandı

2026-cı il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatı amerikalı iqtisadçılar Robert Holl və Maykl Vudforda verilib. Alimlər makroiqtisadi sabitliyin mikroiqtisadi əsaslarına dair tədqiqatlarına görə mükafatlandırılıblar.

59

2026-cı il üzrə iqtisadiyyat sahəsində Nobel mükafatının laureatları müəyyənləşib. Nüfuzlu mükafata amerikalı iqtisadçılar Robert E. Holl və Maykl Vudford layiq görülüblər. Alimlər makroiqtisadi sabitliyin mikroiqtisadi əsaslarına dair araşdırmalarına görə təltif olunublar.

MSNews.az xəbər verir ki, İsveç Kral Elmlər Akademiyası oktyabrın 12-də builki laureatların adlarını açıqlayıb. Bu barədə “Reuters” və “Associated Press” agentlikləri məlumat yayıb.

Alimlərin tədqiqatları ayrı-ayrı insanların və şirkətlərin iqtisadi qərarlarının bütövlükdə ölkə iqtisadiyyatına necə təsir etdiyini izah etməyə yönəlib.

Sadə dillə desək, qiymətlər artdıqda istehlakçılar alış-verişi azalda, şirkətlər isə istehsalı məhdudlaşdıra və işçi sayını ixtisar edə bilərlər. Bu proseslər ölkədə iqtisadi artıma, inflyasiyaya və məşğulluğa birbaşa təsir göstərir.

Holl və Vudfordun hazırladıqları iqtisadi modellər hökumətlərə və mərkəzi banklara belə dəyişikliklərin nəticələrini daha dəqiq qiymətləndirməyə imkan verir. Onların araşdırmaları faiz dərəcələrinin müəyyənləşdirilməsi, inflyasiyanın nəzarətdə saxlanılması və iqtisadi böhranların təsirinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

“The Guardian” nəşrinin məlumatına görə, alimlərin işləri müasir makroiqtisadi modellərin, xüsusilə yeni keynsçi iqtisadi yanaşmanın inkişafına ciddi töhfə verib. Bu modellər hazırda müxtəlif ölkələrin mərkəzi bankları və iqtisadi siyasət qurumları tərəfindən istifadə olunur.

Robert Holl ABŞ-nin Stenford Universitetində, Maykl Vudford isə Kolumbiya Universitetində fəaliyyət göstərir.

Laureatlara ümumilikdə 12 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) məbləğində mükafat veriləcək. Təltifetmə mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək.

Qeyd edək ki, iqtisadiyyat üzrə mükafat Alfred Nobelin ilkin vəsiyyətində nəzərdə tutulmayıb. İsveç Mərkəzi Bankı tərəfindən 1968-ci ildə təsis edilən mükafat 1969-cu ildən etibarən təqdim olunur.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.