Sünikdə üç naməlum şəxsin görüldüyü iddia olunur – Ermənistan MTX məlumatı təkzib etdi

Ermənistan mediası Kuris kəndində üç naməlum şəxsin görüldüyünü və onların azərbaycanlı ola biləcəyini yazıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə məlumatın həqiqətə uyğun olmadığını bildirib.

61

Ermənistanın Sünik vilayətinin Mehri icmasına daxil olan Kuris kəndində gecə saatlarında üç naməlum şəxsin görüldüyü barədə məlumat yayılıb. Yerli sakinlərin ehtimalına görə, həmin şəxslər azərbaycanlı ola bilərdilər, lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti bu iddianı təkzib edib.

MSNews.az xəbər verir ki, Ermənistanın “5TV” telekanalı “24News”-a istinadən yazıb ki, Kuris sakinləri gecə üç mülki geyimli şəxsi görüblər. Şahidlərin fərziyyəsinə görə, onlar Azərbaycan vətəndaşları ola bilərdilər.

Məlumata əsasən, kənd sakinləri həmin şəxslərlə danışdıqdan sonra onların ərazidən uzaqlaşdığı və bundan sonra kənddə və ətraf ərazilərdə axtarış tədbirlərinin başladığı iddia olunub. Bəzi yerli mənbələr axtarışlarda Ermənistan xidmətləri ilə yanaşı bölgədə yerləşən Rusiya sərhədçilərinin də PUA-lardan istifadə etdiyini yazıblar.

Kuris kəndinin rəhbəri David Ohanyan mediaya hadisə barədə konkret məlumat verməyib və sualları hüquq-mühafizə orqanlarına yönləndirib. O, kənddə panika olmadığını bildirib.

Bununla belə, Ermənistan Milli Təhlükəsizlik Xidməti yayılan məlumatı rədd edib. Qurumun mətbuat xidməti “Armenpress” agentliyinə bildirib ki, üç azərbaycanlının Sünik kəndlərindən birində görünməsi barədə məlumat həqiqətə uyğun deyil. MTX eyni mövqeni digər Ermənistan mediasına da çatdırıb və yayılan xəbəri dezinformasiya adlandırıb.

Hadisə oktyabrın 1-də Sünikin Şaki yaşayış məntəqəsində Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılmasından bir həftə sonra gündəmə gəlib. Ermənistan MTX daha əvvəl həmin hadisə ilə bağlı yalnız bir nəfərin sərhədi keçdiyini və “bir neçə azərbaycanlının ərazidə olması” barədə iddiaların əsassız olduğunu bildirmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.