Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
MSNews.az xəbər verir ki, iclas MDB ölkələrinin dövlət başçılarının iştirakı ilə “Avaza” Kompleksində keçirilir.

Məhdud tərkibdə keçirilən görüşdə Birlik çərçivəsində əməkdaşlığın əsas istiqamətlərinin, regional və beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi nəzərdə tutulur.

Türkmənistan 2026-cı ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik edir. Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasının oktyabrın 9-da keçirilməsi Türkmənistan tərəfindən daha əvvəl rəsmən açıqlanmışdı.
Prezident İlham Əliyev iclasdan əvvəl “Avaza” Kompleksinə gəlib, burada Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən qarşılanıb.