İlham Əliyev və Sərdar Berdiməhəmmədov əməkdaşlığı müzakirə ediblər

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Tərəflər siyasi, iqtisadi, nəqliyyat, logistika və Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

73

Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Tərəflər Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

MSNews.az xəbər verir ki, görüş zamanı iki ölkə liderlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanıb. Son bir il ərzində Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirildiyi qeyd olunub.

Tərəflər bu dinamikanın siyasi dialoqun intensivləşməsinin və ikitərəfli münasibətlərin genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi olduğunu vurğulayıblar.

Görüşdə siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar əməkdaşlıq, eləcə də Xəzər dənizi ilə bağlı məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşünün regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini də qeyd ediblər. Azərbaycan Prezidentinin həmin görüşdə iştirakı rəsmi şəkildə təsdiqlənib.

Prezident İlham Əliyev tədbirin yüksək səviyyədə təşkilinə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirib.

Dövlət başçısı Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu iştirakçı kimi qəbul olunmasını da xatırladıb və bu təşəbbüsün irəli sürülməsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi vurğulayıb.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.