Mbappe “Real”dan ayrılır?

Keçmiş “El Chiringuito” şərhçisi Fransua Qalyardo Kilian Mbappenin 2027-ci ilin yayında “Real Madrid”dən ayrılaraq Premyer Liqaya keçəcəyini iddia edib. Məlumat hələ heç bir rəsmi və etibarlı mənbə tərəfindən təsdiqlənməyib.

109

Sosial şəbəkələrdə Kilian Mbappenin “Real Madrid”dən ayrılmaq qərarı verdiyi barədə məlumat yayılıb. İddianın müəllifi keçmiş “El Chiringuito” şərhçisi Fransua Qalyardodur, lakin futbolçunun özü, ətrafı və Madrid klubu bu məlumatı təsdiqləməyib.

MSNews.az xəbər verir ki, Qalyardo “X” hesabında Mbappenin “Real Madrid”dən “qəzəbli və məyus” olduğunu, 2027-ci ilin yayında ayrılmağa qərar verdiyini və növbəti dayanacağının İngiltərə Premyer Liqası olacağını yazıb.

Daha sonra Qalyardo başqa bir açıqlamasında Premyer Liqadan bir neçə klubun futbolçuyla maraqlandığını və “Liverpul”un Mbappenin anası və nümayəndəsi Fayza Lamari ilə əlaqə saxladığını iddia edib. Bu məlumatlar da müstəqil şəkildə təsdiqlənməyib.

Qalyardonun iddiasına xüsusi ehtiyatla yanaşılmasının səbəblərindən biri onun keçmiş reputasiyasıdır. O, 2014–2015-ci illərdə “El Chiringuito” proqramında transfer “eksklüzivləri” ilə tanınıb, lakin sonradan proqramdan ayrılıb.

2019-cu ilin noyabrında Qalyardo dələduzluq işi üzrə iki ildən artıq axtarışda olduqdan sonra Sabadelldə saxlanılıb. Məhkəmə işində onun bir həmkarından futbol investisiyası adı ilə pul aldığı və özünü FIFA agenti kimi təqdim etdiyi göstərilib.

2020-ci ilin yanvarında Barselona Əyalət Məhkəməsi onu dələduzluğa görə iki il həbs cəzasına məhkum edib. “La Vanguardia” həmin işdə Qalyardonun özünü FIFA agenti kimi təqdim etdiyini yazıb.

“El Español” isə araşdırmasında Qalyardonun əslində Sabadelldə bərbər işlədiyini və rəsmi FIFA agenti olmadığını bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.