Mbappe “Real”dan ayrılır?
Keçmiş “El Chiringuito” şərhçisi Fransua Qalyardo Kilian Mbappenin 2027-ci ilin yayında “Real Madrid”dən ayrılaraq Premyer Liqaya keçəcəyini iddia edib. Məlumat hələ heç bir rəsmi və etibarlı mənbə tərəfindən təsdiqlənməyib.
PSJ Xulian Alvares üçün 150 milyon avro ödəyə bilər
"El Chiringuito"-nun məlumatına görə, PSJ “Atletiko Madrid”in hücumçusu Xulian Alvares üçün 150 milyon avroluq transferə hazırlaşır. Futbolçu ilə “Barselona” da maraqlanır, lakin katalonların maliyyə imkanları məhduddur.