Suriya Yəmənə qoşun göndərəcəyi barədə xəbərləri təkzib etdi

Dəməşq Səudiyyə Ərəbistanının Suriyadan Yəmənə və ya krallıq ərazisinə qoşun göndərilməsini istəməsi barədə xəbərləri əsassız adlandırıb. Suriya tərəfi mümkün hərbi əməkdaşlığın yalnız rəsmi kanallarla aparılacağını bildirib.

74

Suriya hakimiyyəti Səudiyyə Ərəbistanının Dəməşqdən Yəmənə və ya krallığın öz ərazisinə Suriya qoşunlarının göndərilməsini istəməsi barədə yayılan məlumatları təkzib edib.

MSNews.az xəbər verir ki, Suriya prezidentinin media müşaviri Əhməd Müvəffəq Zeydan bildirib ki, Səudiyyə Ərəbistanının və digər Körfəz ölkələrinin təhlükəsizliyi Suriyanın təhlükəsizliyi ilə sıx bağlıdır.

Onun sözlərinə görə, Dəməşq Səudiyyə Ərəbistanının təhlükəsizliyi və sabitliyini təhdid edən risklər qarşısında krallığın yanında dayanır. Bununla belə, Zeydan bəzi media qurumlarının Ər-Riyadın Suriyadan Səudiyyə Ərəbistanına və ya Yəmənə hərbi qüvvə göndərməsini istədiyi barədə xəbərlərini “yalan və əsassız” adlandırıb.

Suriya İnformasiya Nazirliyinin Xarici Media İdarəsi də oxşar mövqe açıqlayıb. Qurum bildirib ki, Dəməşqin regional siyasəti “yeni cəbhələr açmağa deyil, sabitlik, sülh və əməkdaşlığa” əsaslanır. Suriyanın əsas prioritetinin ölkənin yenidən qurulması, dövlət institutlarının möhkəmləndirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması olduğu vurğulanıb.

Bununla yanaşı, Suriya tərəfi hərbi əməkdaşlıq ehtimalını tamamilə istisna etməyib. İnformasiya Nazirliyinin açıqlamasında qeyd olunub ki, tərəfdaş ölkələrlə istənilən hərbi əməkdaşlıq yalnız rəsmi kanallar və mövcud ikitərəfli mexanizmlər çərçivəsində həyata keçirilə bilər.

Məsələ “Reuters” və “Axios” tərəfindən yayılan xəbərlərdən sonra gündəmə gəlib. “Reuters” mənbələrinə istinadən Suriyanın Səudiyyə Ərəbistanına müdafiə xarakterli dəstək və ya Yəməndə Səudiyyə tərəfindən dəstəklənən qüvvələrə yardım variantlarını nəzərdən keçirdiyini yazıb. “Axios” isə Vaşinqtonun Suriya qoşunlarının mümkün yerləşdirilməsi ilə bağlı müzakirələrdən məlumatlı olduğunu bildirib.

Hazırda Suriyanın Yəmənə qoşun göndərməsi barədə rəsmi qərar yoxdur. Dəməşqin mövqeyinə görə, Səudiyyə Ərəbistanının belə bir tələb irəli sürdüyü barədə xəbərlər həqiqətə uyğun deyil.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.