Vadeful: “Putin keçmiş SSRİ təsir zonasını bərpa etmək istəyir”

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın keçmiş sovet təsir zonasını bərpa etməyə çalışdığını bildirib. O, bu kontekstdə Ukrayna, Gürcüstan, Moldova və Baltik ölkələrinin adını çəkib.

76

Almaniyanın xarici işlər naziri Yohann Vadeful hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqının təsir zonasını bərpa etməyə çalışır. Nazir bu baxımdan Ukrayna, Gürcüstan, Moldova və Baltik ölkələrinin xüsusilə risk altında olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Vadeful bu fikirləri “n-tv” kanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Putinin Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakətlərindən biri kimi qiymətləndirməsi Rusiyanın daha geniş məqsədləri ola biləcəyini düşünməyə əsas verir.

Vadeful bildirib:

“Buna Ukrayna daxildir. Buna Gürcüstan da daxildir.”

Nazir Moldovada da Rusiya fəaliyyətinin müşahidə edildiyini deyib və əlavə edib ki, belə bir yanaşma Baltik ölkələrini də əhatə edə bilər.

Onun sözlərinə görə, Estoniya, Latviya və Litva hazırda NATO və Avropa İttifaqının üzvü olduqları üçün mümkün təhlükə artıq təkcə həmin ölkələrə deyil, bütün alyansa aid məsələdir.

Vadeful eyni zamanda Almaniyanın artıq Rusiya mənşəli hesab etdiyi hibrid fəaliyyətlərlə üzləşdiyini bildirib və Leypsiqdəki dron insidentini, eləcə də davamlı kiberhücumları nümunə göstərib. Bununla belə, o, bu fəaliyyətləri hazırkı mərhələdə birbaşa müharibə kimi xarakterizə etməyib.

Almaniya XİN rəhbəri daha əvvəl də Rusiyanın Avropada “tarixi iddialar” və təsir zonaları yaratmağa çalışdığını bildirmişdi. İyun ayında Kiel Təhlükəsizlik Konfransında o, Rusiyanın Qara dənizdən Baltik və Arktikaya qədər siyasi təzyiq və təsir imkanlarını genişləndirməyə çalışdığını demişdi

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.