İran nüvə obyektlərinə giriş müqabilində sanksiyaların yumşaldılmasını təklif edib

“Bloomberg” Abbas Əraqçinin bombalanmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişini sanksiyaların yumşaldılması ilə əlaqələndirdiyini yazıb. İran XİN məlumatı təkzib edib.

68

“Bloomberg” İranın xarici işlər naziri Abbas Araqçinin bombalanmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişinin bərpasını sanksiyaların yumşaldılması ilə əlaqələndirən təklif irəli sürdüyünü yazıb. Lakin İran Xarici İşlər Nazirliyi oktyabrın 4-də məlumatı təkzib edərək Tehranın bu formada heç bir təklif vermədiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, “Bloomberg” məsələ ilə tanış diplomatlara istinadən Əraqçinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Avropa və Yaxın Şərq ölkələrinin nümayəndələri ilə qapalı görüşlərdə bu variantı gündəmə gətirdiyini bildirib.

Nəşrin mənbələrinə görə, İran bombalanmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişini bərpa etməyə hazır olduğunu, bunun qarşılığında isə sanksiyaların yumşaldılmasını istəyə biləcəyini göstərib. Söhbət əldə edilmiş razılaşmadan deyil, ABŞ-la dalana dirənmiş danışıqlarda müzakirə edilə biləcək mümkün şərtlərdən gedirdi.

“Bloomberg” həmçinin Araqçinin Avropa dövlətlərini İrana qarşı BMT sanksiyalarının yenidən tətbiqi ilə bağlı əvvəlki qərardan geri çəkilməyə çağırdığını yazıb. İran Prezidenti Məsud Pezeşkian isə bundan əvvəl beynəlxalq müfəttişlərin geri qayıtmasına prinsip etibarilə hazır olduqlarını bildirmişdi.

Lakin İran XİN sözçüsü İsmayıl Bəqai oktyabrın 4-də bu məlumatı açıq şəkildə təkzib edib. Onun sözlərinə görə, Tehran “sanksiyaların yumşaldılması müqabilində nüvə obyektlərinə giriş” formasında təklif irəli sürməyib və son danışıqlarda nüvə məsələsini bu cür mübadilə predmetinə çevirməyib.

Bəqai bildirib ki, İran öz şərtlərini vasitəçilərə ayrıca plan çərçivəsində təqdim edib və Qətər həmin mövqeni ABŞ tərəfinə çatdırıb. Tehranla Vaşinqton arasında fikir ayrılıqları sanksiyalar, Hörmüz boğazı və nüvə proqramı daxil olmaqla bir neçə istiqamətdə davam edir.

ABŞ Prezidenti Donald Tramp da sentyabrın 29-da nüvə güzəştləri müqabilində İrana sanksiyaların yumşaldılması və ya dondurulmuş aktivlərə çıxış təklif etdiyi barədə məlumatları təkzib etmişdi. Bu isə tərəflərin mümkün razılaşmanın şərtləri barədə versiyalarının bir-birindən ciddi şəkildə fərqləndiyini göstərir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.