Portuqaliya Futbol Federasiyası Ronaldu ilə Jezuşu barışdırmağa çalışır

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldo ilə Jorje Jezuş arasındakı gərginliyi aradan qaldırmaq və ulduz futbolçunun milli komandadakı karyerasının qalmaqalla yekunlaşmasının qarşısını almaq istəyir.

83

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldu ilə milli komandanın baş məşqçisi Jorje Jezuş arasında yaranmış münaqişəni həll etməyə çalışır. Federasiyanın əsas məqsədlərindən biri Ronaldonun Portuqaliya millisindəki 23 illik tarixinin qalmaqallı şəkildə başa çatmasına imkan verməməkdir.

MSNews.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Nəşrin məlumatına görə, PFF tərəflər arasında ortaq məxrəcə nail olmaq üçün mümkün addımları atmağa hazırdır. Federasiya Ronaldunun milli komandadakı irsinin mövcud qarşıdurmanın kölgəsində qalmasını istəmir.

Gərginlik Portuqaliyanın Norveçlə oyununda Ronaldunun ehtiyatda qalması və meydana buraxılmamasından sonra kəskinləşib. Jezuş daha sonra kapitanla danışacağını açıqlamışdı.

PFF prezidenti Pedro Proensa vəziyyətə müdaxilə etmək üçün Skandinaviyaya gedib və Ronaldu ilə Jezuşun iştirakı ilə görüş keçirib. İlkin mərhələdə tərəflər arasındakı vəziyyətin sakitləşdiyi bildirilsə də, Ronaldu daha sonra komandanın məşqini tərk edib və milli komandanın düşərgəsindən ayrılıb.

Ronaldu qərarının səbəblərini daha sonra açıqlayacağını bildirib. Federasiya isə onun düşərgədən ayrıldığını rəsmən təsdiqləyib və komandanın qarşıdakı oyunlara qalan 24 futbolçu ilə hazırlaşacağını açıqlayıb.u

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.