Paraqvaylı senator Mbappe ilə bağlı irqçi paylaşımına görə tənqid olundu

Paraqvaylı senator Seleste Amarilyanın Fransa millisinin kapitanı Kilian Mbappe haqqında irqçi və təhqiramiz ifadələr işlətməsi qalmaqal yaradıb. Fransa Futbol Federasiyası hüquqi addım atacağını açıqlayıb.

35

Paraqvayın Fransa millisinə 1/8 finalda məğlub olmasından sonra senator Seleste Amarilyanın Kilian Mbappe haqqında irqçi və təhqiramiz ifadələr işlətməsi böyük qalmaqala səbəb olub.

MSNews.az xəbər verir ki, Paraqvay senatoru sosial şəbəkədə Fransa millisinin kapitanını hədəf alan bir sıra aşağılayıcı ifadələr paylaşıb. “Reuters“-in məlumatına görə, Amarilya Mbappeni irqi mənsubiyyəti və mənşəyi üzərindən təhqir edib, həmçinin paraqvaylı futbolçuların oyun sonunda ona fiziki müdaxilə etməli olduğunu ima edib.

Hadisə Fransa millisinin Paraqvayı 1:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/4 finalına yüksəlməsindən sonra baş verib. Görüşdə qələbə qolunu penaltidən Kilian Mbappe vurub. Məhz, bu nəticədən sonra Paraqvayda bəzi azarkeşlər və siyasətçilər Fransa millisinin oyununa sərt reaksiya veriblər.

Mbappe isə senatorun sözlərinə cavab verərək onu “öz vəzifəsinə layiq olmayan” şəxs adlandırıb. Fransa millisinin kapitanı bildirib ki, Amarilyanın fikirləri nə Paraqvay xalqını, nə də turnirdə mübarizə aparan Paraqvay millisinin futbolçularını təmsil edir. O, Paraqvay komandasının meydanda mübarizə və şərəf nümayiş etdirdiyini vurğulayıb.

Fransa Futbol Federasiyası da məsələyə sərt reaksiya verib. Qurum Amarilyanın ifadələrini “iyrənc və cinayət xarakterli” adlandıraraq senatora qarşı hüquqi addımlar atacağını bildirib. Federasiya bu cür ritorikanın yalnız Mbappeyə deyil, Fransa millisinə və bütövlükdə futbolda bərabərlik prinsipinə hücum olduğunu qeyd edib.

Qalmaqal DÇ-2026-da irqçilik, siyasət və futbol etikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Hələlik Paraqvay parlamenti və ya ölkənin rəsmi qurumları senatorun açıqlamaları ilə bağlı yekun mövqe bildirməyib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.