Fransada rekord istilər gündəlik həyatı dəyişdi

Fransada rekord istilər fonunda insanlar gündəlik həyatlarını yeni şəraitə uyğunlaşdırır. “Le Parisien” bir cütlüyün isti hava dalğası zamanı intim münasibətlərdə “futboldakı kimi sərinləmə fasilələri” etdiyini yazıb.

13

Fransada davam edən rekord istilər insanların gündəlik həyatına ciddi təsir göstərib.

MSNews.az xəbər verir ki, “Le Parisien” nəşri isti hava dalğasının şəxsi münasibətlərə qədər təsir etdiyini yazıb. Nəşrin “Dans le lit” rubrikasında dərc olunan materialda Salome və Robin adlı cütlüyün kəskin istilər zamanı həyat tərzini necə dəyişdiyi təsvir olunub.

Cütlük bildirib ki, yüksək temperatur səbəbindən onlar daha çox su içir, fasilələr verir və bunu futbol matçlarında tətbiq olunan sərinləmə fasilələri ilə müqayisə edirlər. Qadın müsahibə zamanı “bacardığımız qədər uyğunlaşırıq” deyərək, isti havada daha yavaş və diqqətli davranmağa məcbur qaldıqlarını bildirib.

Bu müqayisə DÇ-2026 zamanı futbol matçlarında tətbiq olunan “cooling break” — sərinləmə fasilələri fonunda sosial şəbəkələrdə də diqqət çəkib. Daha əvvəl “Le Parisien” yazırdı ki, FIFA futbolçuların sağlamlığını qorumaq üçün Dünya Kuboku oyunlarında fasilələr zamanı su və sərinləmə imkanı yaradılmasını müdafiə edir.

Fransada istilər son günlər tarixi həddə çatıb. “Météo-France” ölkədə qeydə alınan istiləri “müstəsna şiddətli canikül” kimi xarakterizə edib. Qurumun məlumatına görə, 24 və 25 iyun Fransada müşahidələr tarixinin ən isti günləri sırasında yer alıb.

“Reuters” isə yazır ki, Fransanın bəzi bölgələrində temperatur 44,3°C-yə qədər yüksəlib, Parisdə isə iyun ayı üçün 40,9°C-lik rekord qeydə alınıb.

İsti hava dalğası ölkədə məişət texnikasına tələbatı da artırıb. “Reuters” və Fransa mediası bildirir ki, ventilyator və kondisionerlər mağazalarda sürətlə satılıb, bəzi yerlərdə alıcı sıxlığı və növbələr yaranıb.

Mütəxəssislər belə havalarda bol maye qəbul etməyi, günün ən isti saatlarında fiziki aktivliyi azaltmağı, sərin yerlərdə qalmağı və yaşlılar, uşaqlar, xroniki xəstəliyi olan şəxslər kimi risk qruplarına xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930