Rafinya ailəsində maliyyə qalmaqalı iddiası

Braziliya mediası iddia edir ki, Rafinyanın reklam müqavilələrindən gələn gəlirin 80 faizi atasının hesabına keçib. Futbolçu və ailəsi hələlik iddialara rəsmi münasibət bildirməyib.

19

“Barcelona”nın braziliyalı futbolçusu Rafinyanın ailəsində maliyyə məsələləri ilə bağlı qalmaqal yaşandığı iddia olunur.

MSNews.az xəbər verir ki, Braziliyanın “Portal LeoDias” nəşri öz mənbələrinə istinadən Rafinyanın reklam müqavilələrindən əldə olunan gəlirin böyük hissəsinin atasının hesabına keçdiyini yazıb.

Məlumata görə, qalmaqal futbolçunun həyat yoldaşı Nataliya Belloli ilə birlikdə Barselonada təxminən 10 milyon avro dəyərində malikanə almaq istədiyi zaman üzə çıxıb. Nəşr iddia edir ki, hesablamalar zamanı ailənin gözlənilən maliyyə imkanları ilə real vəsait arasında fərq yaranıb və bundan sonra futbolçunun gəlirlərinin necə idarə olunduğu araşdırılıb.

Portal LeoDias”ın yazdığına görə, Rafinyanın reklam və kommersiya müqavilələrindən gələn gəlirin 80 faizi atası Rafael Belloliyə məxsus olub, futbolçunun özünə isə bu məbləğin 20 faizi qalıb. Nəşr həmçinin futbolçunun maaşının bir hissəsinin də imic hüquqları və digər ödəniş formaları vasitəsilə atasının hesablarına yönəldildiyini iddia edir.

Braziliyanın “Band” telekanalının saytında yayımlanan materialda da oxşar iddialar yer alıb. Mənbə yazır ki, Rafinyanın həyat yoldaşı maliyyə strukturunu araşdırdıqdan sonra ailə daxilində ciddi narazılıq yaranıb və bu, futbolçu ilə atası arasındakı peşəkar münasibətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Bahia Notícias” isə məsələni “maliyyə böhranı”ndan daha çox futbolçunun gəlirlərinin idarə edilməsi ilə bağlı daxili yenidənqurma kimi təqdim edir. Nəşr yazır ki, iddialara görə, Rafinya atası ilə müqavilə münasibətlərini dayandırıb və hazırda karyera qərarlarında ona qayınatası Aleksandre Madeyra kömək edir.

R7 Esportes”in məlumatına görə, daha əvvəl Rafinyanın ciddi maliyyə problemi yaşaması və bu səbəbdən Səudiyyə Ərəbistanına transferə meyilli olması barədə iddialar yayılmışdı. Lakin həmin mənbə yazır ki, futbolçunun “müflis olması” ilə bağlı məlumatlar təsdiqlənmir və əsas məsələ ailə daxilində menecment dəyişikliyi ilə bağlıdır.

Rafinyanın “Barcelona” ilə müqaviləsi isə qüvvədə qalır. Klubun rəsmi saytında yer alan məlumata görə, braziliyalı hücumçu 2025-ci ilin mayında müqaviləsini 2028-ci il iyunun 30-dək uzadıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti