“AzeriCard” MMC bəzi bank kartları ilə əməliyyatlarda müşahidə olunan problemlərlə bağlı açıqlama verib.
MSNews.az xəbər verir ki, Azərbaycanda bəzi bankların kart əməliyyatlarında yaranan texniki problem “AzeriCard MMC”-dən qaynaqlanmır.
Şirkətin açıqlamasına görə, məsələ prosessinq mərkəzinin fəaliyyəti ilə bağlı deyil. “AzeriCard” kart əməliyyatları ilə bağlı yaranan narahatlığın səbəbinin şirkət sistemlərindən irəli gəlmədiyini bildirib.
Kart istifadəçilərinin bir qismi sosial şəbəkələrdə ödənişlərin həyata keçirilməsi, kart hesabları və bəzi əməliyyatlarla bağlı çətinliklər yaşadıqlarını qeyd ediblər.
“AzeriCard” tərəfindən verilən açıqlamada istifadəçilərə yaranan hallarla bağlı xidmət aldıqları bankla əlaqə saxlamaq tövsiyə olunur.
Hadisənin hansı bankları və nə qədər istifadəçini əhatə etdiyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.