İlham Əliyev və Sərdar Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar. Ali qonağa muzeyin tarixi və bərpası barədə məlumat verilib.

12

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar.

MSNews.az xəbər verir ki, bu barədə “President.az” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov muzeylə tanış olublar.

Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verib. O bildirib ki, Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1982-ci ildə ev-muzeyinə çevrilib.

Qeyd olunub ki, bina 1982-1983-cü illərdə təmir edilib, burada muzey ekspozisiyası qurulub və önündə inzibati bina tikilib.

Şuşanın işğalı zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandıran ev-muzeyinin bərpasına şəhər işğaldan azad olunduqdan sonra başlanılıb. Həyətdə Bülbülün yeni büstü ucaldılıb.

Bununla yanaşı, işğal dövründə vandalizmə məruz qalmış büst də mədəni irsə qarşı törədilmiş cinayətlərin əyani sübutu kimi muzeydə saxlanılır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930