İlham Əliyev Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.

21

Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib.

MSNews.az xəbər verir ki, “President.az”-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Səidoviç Qurbanovu qəbul edib.

Görüş zamanı dövlət başçısı Qurban Qurbanovu yubileyi münasibətilə təbrik edib və Azərbaycan ilə Dağıstan xalqları arasında tarixi dostluq, qardaşlıq və sıx münasibətlərdən danışıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin möhkəmləndirilməsi bütövlükdə Qafqaz regionunun sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı Qurban Qurbanovun Azərbaycan ilə Dağıstan arasında humanitar, təhsil və ictimai əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona “Dostluq” ordenini şəxsən təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 1 iyun tarixli sərəncamına əsasən, Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Görüşdə Qurban Qurbanov göstərilən diqqətə və yüksək dövlət mükafatına görə Prezident İlham Əliyevə təşəkkür edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.