Türkiyə və Səudiyyə İsraildən yan keçən dəhliz hazırlayır

Türkiyə və Səudiyyə Ərəbistanı İsraildən yan keçən yeni dəmir yolu dəhlizi üzərində işləyir. Layihə Səudiyyə Ərəbistanını İordaniya və Suriya üzərindən Türkiyə ilə birləşdirməyi hədəfləyir.

13

Türkiyə və Səudiyyə Ərəbistanı İsraildən yan keçən yeni regional ticarət dəhlizi üzərində işləyir.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, layihə Səudiyyə Ərəbistanını İordaniya və Suriya üzərindən Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin yaradılmasını nəzərdə tutur.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Al Jazeera”yə açıqlamasında bildirib ki, Ankara və Ər-Riyad yaxın 3-4 il ərzində bu marşrutu reallaşdırmağı hədəfləyir. Onun sözlərinə görə, yeni xətt yüklərin, neftin, təbii qazın və sərnişinlərin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya, Türkiyə və Avropa arasında daşınmasına imkan verəcək.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı daxilində Riyaddan ölkənin bir sıra bölgələrinə qədər dəmir yolu bağlantısı mövcuddur. Türkiyə tərəfində isə İslahiye-Kilis-Qaziantep istiqamətində infrastruktur hazır vəziyyətdədir. Hazırda əsas boşluq Suriya ilə İordaniya arasında təxminən 400 kilometrlik hissədə qalır.

Al-Monitor” yazır ki, layihə tarixi Hicaz dəmir yolunun bərpası ideyası ilə də əlaqələndirilir. Ankara və Ər-Riyad arasında imzalanan memorandumlar logistika və dəmir yolu əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Yeni marşrut bölgədə İsrail üzərindən planlaşdırılan Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə — IMEC-ə alternativ kimi qiymətləndirilir. “Middle East Institute”un məlumatına görə, IMEC layihəsi Hindistanı BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən Avropa ilə birləşdirməyi hədəfləyir.

The Times of Israel” isə Türkiyə-Səudiyyə dəmir yolu təşəbbüsünün İsraili regional nəqliyyat zəncirindən kənarda qoyacaq alternativ xətt kimi gündəmə gəldiyini yazır.

Layihənin digər məqsədlərindən biri Hörmüz boğazında mümkün gərginlik və blokadalar fonunda regional ticarət üçün quru alternativinin yaradılmasıdır. Uraloğlunun sözlərinə görə, bu dəhliz gələcəkdə BƏƏ, Küveyt, Qətər, Oman və mümkün olaraq Yəməni də əhatə edə bilər.

Türkiyə tərəfi həmçinin Suriya dəmir yolu infrastrukturunun bərpasına dəstək verməyə hazırlaşır. Reuters-in məlumatına görə, Türkiyə-Suriya xəttinin Hələb üzərindən Dəməşqə qədər bərpası üçün təxminən 100 milyon dollarlıq investisiya nəzərdə tutulur.

Bununla belə, layihə hələ planlaşdırma mərhələsindədir. Xüsusilə Suriya və İordaniya arasındakı infrastruktur boşluğu, maliyyələşmə mexanizmi və regiondakı təhlükəsizlik vəziyyəti dəhlizin icrası üçün əsas çağırışlar olaraq qalır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.