Suriya prezidenti Əhməd əl-Şaraanın Almaniya səfəri təxirə salındı

Suriya prezidenti Əhməd əl-Şaraanın 19–20 yanvar tarixlərində Berlinə planlaşdırılan səfəri ölkədəki daxili siyasi vəziyyət səbəbindən təxirə salınıb, görüşlərin əsas mövzuları qaçqınların geri dönüşü və bərpa prosesləri idi.

103

Suriya prezidenti Əhməd əl-Şaraanın 19–20 yanvar tarixlərində Berlinə baş tutması nəzərdə tutulan səfərinin təxirə salındığı bildirilib.

Alman mediasına Baş nazirin ofisindən verilən açıqlamada qeyd olunub ki, Şaraa Suriya daxilində mövcud olan siyasi vəziyyət səbəbindən səfəri təxirə salmaq qərarına gəlib. Səfər çərçivəsində onun Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Fridrix Merts ilə görüşməsi, həmçinin alman iş adamları ilə dəyirmi masa toplantısı keçirməsi planlaşdırılırdı. Gözlənilən danışıqların əsas gündəm mövzuları arasında Almaniyadakı suriyalı qaçqınların vətənə geri dönüşü və Suriyanın yenidən qurulması məsələləri yer alırdı.