Cənubi Karolinada ticarət mərkəzində atışma olub

ABŞ-ın Cənubi Karolina ştatının Qrinvill şəhərindəki Haywood Mall ticarət mərkəzində atışma baş verib. Azı iki nəfər xəstəxanaya aparılıb, bir neçə nəfər saxlanılıb.

14

ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində baş verən atışma nəticəsində azı iki nəfər yaralanıb.

MSNews.az xəbər verir ki, “Fox News”un məlumatına görə, hadisə iyunun 13-də Qrinvill şəhərində yerləşən Heyvud Mall ticarət mərkəzində qeydə alınıb.

Qrinvill polisinin məlumatına əsasən, atışma yerli vaxtla təxminən saat 13:00 radələrində baş verib. Hadisədən sonra azı iki nəfər xəstəxanaya aparılıb. Yaralıların vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

WLOS” yazır ki, polis hadisə yerində bir neçə nəfəri saxlayıb. Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin hadisədəki rolunu araşdırır.

İlkin ehtimala görə, insident tərəflər arasında mübahisə ilə başlayıb və daha sonra atışmaya çevrilib. Polis hadisənin təsadüfi hücum olmadığını, ictimaiyyət üçün davam edən təhlükənin isə qalmadığını bildirib.

Hadisədən sonra ticarət mərkəzi boşaldılıb. Qrinvill yanğınsöndürmə xidməti və digər hüquq-mühafizə orqanları ərazidə təxliyə və təhlükəsizlik tədbirlərinə cəlb olunub.

Polis bildirib ki, araşdırma davam edir və hadisənin motivi, saxlanılan şəxslərin kimliyi, eləcə də istifadə olunan silahla bağlı əlavə məlumat daha sonra açıqlanacaq.