Xameneyi gizli məkandadır, əlaqə kuryerlərlə qurulur

"CBS News" ABŞ kəşfiyyatına istinadən yazır ki, İranın ali rəhbəri Mojtaba Xameneyi gizli məkandadır və ətrafı ilə yalnız kuryerlər vasitəsilə əlaqə saxlayır. Bu, ABŞ-İran danışıqlarını ləngidir.

ABŞ kəşfiyyatının məlumatına görə, İranın ali rəhbəri Möctəba Xameneyi məxfi məkanda saxlanılır və xarici aləmlə əlaqəsi ciddi şəkildə məhdudlaşdırılıb.

“CBS News” ABŞ rəsmilərinə istinadən yazır ki, Xameneyi ilə əlaqə yalnız mürəkkəb kuryer şəbəkəsi vasitəsilə qurulur. Bu səbəbdən İran daxilində qərarların razılaşdırılması və Vaşinqtona cavabların çatdırılması xeyli vaxt aparır.

Telekanalın məlumatına görə, İranın Tramp administrasiyası ilə danışıqlar aparmaq səlahiyyəti olan rəsmiləri öz hökumət sistemi daxilində belə effektiv kommunikasiya qurmaqda çətinlik çəkirlər. ABŞ tərəfi hesab edir ki, məhz, bu amil İranla mümkün razılaşmanın detallarının gecikməsinin əsas səbəblərindən biridir.

Nəşr yazır ki, ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisi Xameneyinin hazırkı saziş layihəsinin ümumi çərçivəsini təsdiqlədiyini bildirib. Bununla belə, yekun razılaşmanın imzalanması üçün hələ son qərar verilməyib və prosesin tam başa çatacağına dair qeyri-müəyyənlik qalır.

Müzakirə olunan sənəd İranın yüksək dərəcədə zənginləşdirilmiş urandan imtina etməsini, Hörmüz boğazının açılmasını və ABŞ blokadasının mərhələli şəkildə yumşaldılmasını nəzərdə tutur. Razılaşma iki mərhələli mexanizm kimi müzakirə olunur: əvvəlcə Hörmüz boğazının açılması, daha sonra isə İranın nüvə proqramının bəzi hissələrindən imtina mexanizminin razılaşdırılması.

Ağ Ev isə Xameneyinin yeri və İran rəhbərliyinin kommunikasiya metodları barədə kəşfiyyat məlumatlarını şərh etməkdən imtina edib. Nəşr qeyd edir ki, Möctəba Xameneyi ABŞ və İsrailin zərbələrindən sonra təhlükəsizlik tədbirlərini gücləndirib və müharibə başlayandan bəri ictimaiyyət qarşısında görünməyib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.