Rusiyanın “Afrika korpusu” Malidə daha bir bazadan çıxarılır

"Le Monde"-un məlumatına görə, Rusiyanın “Afrika korpusu” və Mali ordusu Kidal və Tessalitdən sonra Agelhok bazasından da geri çəkilməyə başlayıb.

Rusiyanın “Afrika korpusu”na bağlı qüvvələr və Mali ordusu ölkənin şimalında yerləşən Agelhok bazasından çıxmağa başlayıb.

Bu barədə “Le Monde” yerli mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, bu, son günlərdə Rusiya və Mali qüvvələrinin tərk etdiyi üçüncü mühüm məntəqədir: aprelin 26-da Kidal, mayın 1-də isə Tessalitdən geri çəkilmə baş verib.

Məlumata əsasən, aprelin 25-dək Agelhokda təxminən 100 rusiyalı hərbçi400 Mali əsgəri olub. Mayın 4-nə olan vəziyyətə görə onların bir hissəsinin hələ də şəhərdə qaldığı bildirilirdi. Mənbələr səhər saatlarında azı 30 texnikadan ibarət kolonun bazanı tərk etdiyini və daha əvvəl Tessalitdən çıxan qüvvələrin istiqamətinə hərəkət etdiyini qeyd ediblər.

“Le Monde”-un məlumatına görə, geri çəkilmənin FLA — Azavad Azadlıq Cəbhəsi, JNIM — “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” qruplaşması və “Afrika korpusu” arasında Əlcəzairin vasitəçiliyi ilə əldə olunan razılaşmalar çərçivəsində həyata keçirildiyi iddia olunur. Razılaşmanın məqsədi Rusiya qüvvələrinin ciddi toqquşma olmadan təhlükəsiz şəkildə çıxarılmasıdır.

Kidal və Tessalitdə geri çəkilmənin üsyançı qüvvələrin nəzarəti altında, genişmiqyaslı döyüş olmadan baş verdiyi bildirilir. Agelhokda da oxşar ssenarinin mümkün olduğu qeyd olunur. FLA nümayəndələri şəhərin faktiki mühasirədə olduğunu və Rusiya qüvvələrinin bazanı tərk etməli olacağını bildirirlər.

Mənbələrə görə, rusiyalı hərbçilər itkilərdən yayınmağa və bölmələrini daha mütəşəkkil şəkildə Anefis istiqamətində cəmləşdirməyə çalışırlar. Bununla belə, onların əsas marşrutları saxlamağa davam edəcəyi, yoxsa QaoTimbuktu istiqamətində daha geniş geri çəkilməyə gedəcəyi hələlik məlum deyil.

“Reuters”-in məlumatına görə, Mali son həftələrdə “Əl-Qaidə” ilə əlaqəli silahlı qruplar və tuareq separatçılarının koordinasiyalı hücumları ilə üzləşib. Aprelin 25-də başlanan hücumlar hərbi xunta üçün ciddi zərbə kimi qiymətləndirilir və ölkənin şimalında Rusiya dəstəkli qüvvələrin mövqelərini zəiflədib.

Bununla belə, Rusiya tərəfi Malidən tam çıxışı təsdiqləmir. Kremlin sözçüsü Dmitri Peskov aprelin sonunda bildirib ki, Rusiya qüvvələri ekstremizmə qarşı mübarizədə Mali hakimiyyətinə dəstəyini davam etdirəcək. “Le Monde” isə ölkədə hələ də təxminən 2500 rusiyalı hərbçinin qaldığını və onların əsas diqqətinin Malinin mərkəzi və cənub rayonlarında Assimi Qoyta rejiminin müdafiəsinə yönələ biləcəyini yazır.

Analitiklər geri çəkilməni 2024-cü ilin iyulunda Tin-Zautin yaxınlığında baş vermiş ağır itkilərin təkrarlanması qorxusu ilə də əlaqələndirirlər. Həmin vaxt tuareq üsyançıları və JNIM Mali ordusu ilə “Vaqner” döyüşçülərinə qarşı hücum həyata keçirmiş, üsyançılar azı 84 rusiyalı “Vaqner” döyüşçüsü47 Mali əsgərinin öldürüldüyünü iddia etmişdilər.

“Afrika korpusu” Agelhokdan qüvvələrin çıxarılmasını hələlik rəsmi şəkildə təsdiqləməyib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.