ABŞ və İran çərçivə sazişinə yaxınlaşır

"Axios"-un məlumatına görə, ABŞ və İran müharibəni dayandıracaq mümkün çərçivə sazişinə daha da yaxınlaşıb. Pakistan, Türkiyə və Misirin vasitəçilik səyləri fonunda yeni üzbəüz danışıqlar raundu gündəmdədir. 

13

ABŞ və İran arasında aparılan təmaslarda müəyyən irəliləyiş əldə olunub və tərəflər müharibənin dayandırılmasına dair mümkün çərçivə sazişinə əvvəlkindən daha yaxın görünür. Axios” yazır ki, iki amerikalı rəsminin sözlərinə görə, çərşənbə axşamı danışıqlar xəttində yeni hərəkətlilik yaranıb və növbəti üzbəüz raund atəşkəs müddəti bitməzdən əvvəl keçirilə bilər. 

Məlumata görə, ABŞ prezidenti Donald Trampın danışıqlar komandası — vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiv Uitkoff və baş müşavir Cared Kuşner — iranlılarla və vasitəçilərlə telefon əlaqələrini, eləcə də təklif layihələrinin mübadiləsini davam etdirib. “Axios” bunu “məqsədə getdikcə yaxınlaşmaq” kimi təqdim edir.

Regiondakı vasitəçilik səyləri də güclənib. Pakistan ordusunun komandanı Asim Munirin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Tehrana gedib və məqsəd gərginliyi azaltmaq, eləcə də ABŞ-İran danışıqlarının növbəti raundu üçün zəmin yaratmaqdır.

Danışıqlarda nikbinlik artsa da, əsas fikir ayrılıqları hələ də qalır.Vasitəçilər hazırda üç əsas düyünü açmağa çalışırlar: İranın nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə ilə bağlı kompensasiya məsələsi. Vaşinqton İranın nüvə fəaliyyətinin daha uzun müddət dayandırılmasını istəyir, Tehran isə daha qısa və daha məhdud çərçivəyə üstünlük verir.

ABŞ rəsmiləri hesab edir ki, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi dəniz blokadası və bunun fonunda dərinləşən iqtisadi təzyiq Tehranı razılaşmaya daha çox yaxınlaşdırır. Axios” bildirir ki, əgər çərçivə sazişi əldə olunarsa, daha geniş və detallı razılaşma üçün mövcud atəşkəs rejiminin də uzadılması lazım gələ bilər. Bununla belə, ABŞ hələlik atəşkəsin uzadılmasına rəsmi razılıq verməyib.

 

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930