İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev martın 25-də “AzərEnerji” ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Layihə Azərbaycanın enerji sisteminin dayanıqlığını və yaşıl enerjinin inteqrasiyasını gücləndirəcək.

8

Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” ASC-nin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına layihə barədə “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev məlumat verib.

Bildirilib ki, Prezidentin tapşırığına əsasən “AzərEnerji” tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına “Abşeron” və “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan enerji saxlanc mərkəzləri yaradılıb. Qeyd olunub ki, bu miqyasda belə sistemlərin qurulması təkcə Azərbaycanda deyil, ümumilikdə MDB məkanında da ilkdir.

Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Mərkəz artıq enerjinin, xüsusilə günəşli saatlarda istehsal olunan elektrik enerjisinin toplanaraq pik tələbat dövründə şəbəkəyə ötürülməsinə imkan verir. Bunun enerji sistemində sabitliyin qorunmasına, qəfil çatışmazlıqların tənzimlənməsinə və şəbəkənin daha etibarlı işləməsinə xidmət etdiyi vurğulanıb.

Təqdimatda həmçinin bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası və rəqəmsal transformasiya istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox yaşıl enerji şəbəkəyə qoşulacaq, 2032-ci ilədək isə elektrik enerjisi istehlakının təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Həmin dövrədək 8 GVt bərpaolunan enerji mənbəyi güclərinin yaradılması planlaşdırılır.

Məlumata əsasən, “AZURE” layihəsi çərçivəsində “Nəvahi Yaşıl Enerji” qovşağının ölkənin əsas enerji infrastrukturuna birbaşa inteqrasiyası istiqamətində əsas mərhələ artıq yekunlaşıb. Son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub, həmçinin süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemlərinin tətbiqinə başlanılıb.

Sonda Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
25 mart 2026