Çempionlar Liqasında həlledici gecə: 1/4 finalçılar müəyyənləşir

UEFA Çempionlar Liqasında 1/8 finalın cavab oyunları başlayır. Bu gün keçiriləcək matçlarda ilk 1/4 final iştirakçıları müəyyənləşəcək.

26

Bu gün UEFA Çempionlar Liqası turnirində 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

MSNews.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək və nəticədə 1/4 finalın ilk iştirakçıları bəlli olacaq.

Gecənin ən diqqətçəkən oyunu Mançester Siti ilə Real Madrid arasında olacaq. İngiltərə təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğundan cavab görüşündə çətin tapşırıq qarşısındadır.

Digər maraqlı qarşılaşmada Çelsi öz meydanında PSJ-ni qəbul edəcək. London klubu ilk oyunda 2:5 hesabı ilə uduzub.

Arsenal isə doğma azarkeşlər önündə Bayer Leverkuzen ilə üz-üzə gələcək. İlk matç 1:1 hesabı ilə başa çatıb.

Turnirin sürpriz komandalarından sayılan Budo-Qlimt isə səfərdə Sportinq ilə qarşılaşacaq. Norveç klubu ilk oyunda 3:0 hesablı qələbə qazanıb.

Oyun cədvəli

17 mart

21:45
Sportinq – Budo-Qlimt (ilk oyun – 0:3)

00:00
Arsenal – Bayer Leverkuzen (ilk oyun – 1:1)
Çelsi – PSJ (ilk oyun – 2:5)
Mançester Siti – Real Madrid (ilk oyun – 0:3)

18 mart

21:45

Barselona – Nyukasl (ilk oyun – 1:1)

00:00
Liverpul – Qalatasaray (ilk oyun – 0:1)
Bavariya – Atalanta (ilk oyun – 6:1)
Tottenhem – Atletiko Madrid (ilk oyun – 2:5)

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026