DÇ-2026-da daha bir sensasiya

Portuqaliya millisi DÇ-2026-nın qrup mərhələsində Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib.

209

Portuqaliya millisi DÇ-2026-nın qrup mərhələsində Konqo Demokratik Respublikası ilə xal itkisi yaşayıb.

MSNews.az xəbər verir ki, “K” qrupunun Hyustonda keçirilən oyununda tərəflər 1:1 hesablı heç-heçə ediblər.

Portuqaliya matça sürətli başlayıb və 6-cı dəqiqədə Joao Neveşin qolu ilə hesabı açıb. Lakin Konqo Demokratik Respublikası birinci hissənin sonlarında tarazlığı bərpa edib. Yoane Vissa 45+5-ci dəqiqədə fərqlənərək komandasına vacib xal qazandırıb.

Portuqaliya ikinci hissədə üstünlüyü ələ almağa çalışsa da, Konqo DR müdafiədə intizamlı oyun nümayiş etdirərək hesabı qoruyub.

Bu nəticədən sonra hər iki komanda qrup mərhələsinə 1 xalla başlayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.