Netanyahu ilə bağlı yayılan “ölüm” iddiaları təkzib olundu

İsrail Baş naziri Benyamin Netanyahunun həlak olması ilə bağlı yayılan iddialar təsdiqlənməyib. Rəsmi mənbələr və beynəlxalq media xəbərlərin doğru olmadığını bildirir.

250

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İsrailin Baş naziri Benyamin Netanyahunun həlak olması və ya ağır yaralanması ilə bağlı mediada yayılan iddialar təsdiqlənməyib.

Məlumata görə, İranın “Tasnim” agentliyində yayılan bəzi iddialar sosial şəbəkələrdə geniş müzakirə olunub. Lakin İsrailin “The Jerusalem Post” nəşri bu xəbərləri təsdiqləyən hər hansı faktın olmadığını bildirib.

İran mediası iddialarını hökumət başçısının yeni görüntülərinin yayımlanmaması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, planlaşdırılmış səfərlərin ləğv edilməsi və Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı kimi məlumatlarla əsaslandırmağa çalışıb. Həmçinin ABŞ ordusunun keçmiş zabiti Skott Ritterin açıqlamalarına da istinad olunub.

Bununla belə, rəsmi mənbələr Netanyahu ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirir. Bildirilir ki, İsrail baş naziri martın 6-da Beer-Şeva şəhərinə səfər edib və Fransa Prezidenti Makronla telefon danışığı aparıb.

Çinin “Xinhua” agentliyi də bölgədə Netanyahuya qarşı hər hansı raket hücumunun qeydə alınmadığını açıqlayıb.

Ekspertlərin fikrincə, hərbi əməliyyatlar dövründə natamam və yoxlanılmamış məlumatların yayılması tez-tez müxtəlif sui-qəsd nəzəriyyələrinin ortaya çıxmasına səbəb olur. Mövcud etibarlı mənbələr isə Netanyahu ilə bağlı ölüm və ya yaralanma iddialarını təsdiqləmir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.