Ülviyyə Axundova Gənclər və İdman Nazirliyində şöbə müdiri təyin edildi

Ülviyyə Axundova Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Müvafiq əmri nazir Fərid Qayıbov imzalayıb.

95

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi**nin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub.

Məlumata görə, bununla bağlı müvafiq əmri gənclər və idman naziri Fərid Qayıbov imzalayıb.

Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinata qədər nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

O, 2014–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili alıb. Hazırda isə magistratura təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam etdirir.

Ülviyyə Axundova 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Gənclər siyasəti və gənclərlə iş” sahəsində fəaliyyətinə görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb.

O, 2015–2023-cü illər ərzində müxtəlif gənclər və vətəndaş cəmiyyəti təşkilatlarında fəal ictimai fəaliyyət göstərərək bir sıra layihə və proqramlara rəhbərlik edib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026