Təbrizin “Traktor” klubu İranda davam edən hərbi gərginlik fonunda açıqlama yayıb və Türkiyə ilə Azərbaycanın diqqətinə çatdırıb ki, cənub bölgəsində vəziyyət kritikdir.
MSNews.az klubun “Facebook” platformasında etdiyi paylaşıma əsasən xəbər verir.
Klub bildirib ki, partlayışlar davam edir və mövcud rejim istənilən an çökmək riski daşıyır.
Bəyanatda qeyd olunur ki, rejimin yerinə cənubluların qəbul etmədiyi və türklərə qarşı düşmən olan qüvvələr gələ bilər, xüsusilə Pəhlevilər kimi qruplar. “Traktor” klubu Türkiyə və Azərbaycana çağırış edib ki, cənub bölgəsini qorumağa və bu ərazilərin düşmən qüvvələrin əlində keçməsinin qarşısını almağa tədbir görsünlər.
“Vaxt gəldi! Qardaşları tək qoymayın!” – deyə klubun açıqlamasında vurğulanıb.
