Misir Yeni Zelandiya üzərində inamlı qələbə qazandı

Misir dünya çempionatının "G" qrupunda Yeni Zelandiyaya 3:1 hesabı ilə qalib gəlib. Bu, Misir millisinin mundiallar tarixində ilk qələbəsi olub.

13

Misir millisi dünya çempionatında tarixi qələbə qazanaraq Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edib.

MSNews.az xəbər verir ki, “G” qrupunda keçirilən görüşdə Misir mundiallar tarixində ilk qələbəsini qazanıb. Yeni Zelandiya ilk hissədə Finn Surmanın qolu ilə önə keçsə də, Misir fasilədən sonra oyunda dönüş yaradıb.

Afrika təmsilçisinin heyətində əvvəlcə Mostafa Ziko hesabı bərabərləşdirib. Daha sonra Məhəmməd Salah komandasını önə keçirib, Mahmud Trezegе isə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Bu nəticədən sonra Misir 4 xalla “G” qrupunda liderliyə yüksəlib. Yeni Zelandiya isə 1 xalla qrupun son pilləsində qərarlaşıb.

Misir son turda İranla, Yeni Zelandiya isə Belçika ilə qarşılaşacaq.