Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Şurası yaradılıb

Prezident İlham Əliyev rəqəmsal inkişaf, süni intellekt, elektron hökumət və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi üçün Rəqəmsal İnkişaf Şurasının yaradılması barədə Fərman imzalayıb.

170

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında Fərmanı imzalayıb.

Fərmana əsasən, ölkədə rəqəmsal inkişafın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Şuranın sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, üzvləri isə iqtisadi, maliyyə, elm və təhsil, ədliyyə, nəqliyyat nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Neft Fondunun icraçı direktoru və digər yüksək vəzifəli dövlət rəsmilərindən ibarətdir.

Şura dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarət edəcək, dövlət orqanlarının layihələrinin strateji məqsədlərə uyğunluğunu təmin edəcək, normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə tədbirlər görəcək və fəaliyyəti barədə ildə bir dəfə Prezidentə hesabat təqdim edəcək.

Şuranın Katibliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə olunub, yerli və xarici ekspertlərin, beynəlxalq təşkilatların və digər maraqlı tərəflərin iştirakı ilə işçi qruplar yaradılması nəzərdə tutulur.

Fərman Azərbaycan dövlətinin rəqəmsal transformasiyada vahid və əlaqələndirilmiş siyasət yürütməsini təmin etməklə innovasiya əsaslı iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edəcək.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.