İlham Əliyev su təsərrüfatı sahəsində iki qurumu QSC-yə çevirdi

Prezident İlham Əliyev “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Qapalı Səhmdar Cəmiyyətlərinə çevrilməsi barədə Fərman imzalayıb.

31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə növbəti Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsləri yenidən təşkil olunur.

Belə ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” isə “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinə çevrilir.

Yeni yaradılan “Regional Su Meliorasiya” QSC ölkənin rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan istisna olmaqla) meliorasiya və irriqasiya sistemlərinin istismarı, su təsərrüfatı obyektlərinin idarə olunması, içməli və texniki su təminatı, eləcə də yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirəcək.

“İri Şəhərlərin Su Təchizatı” QSC isə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində su təchizatı və kanalizasiya xidmətlərinə cavabdeh olacaq.

Fərmana əsasən, yeni QSC-lər ləğv olunan publik hüquqi şəxslərin hüquqi varisi hesab olunur və onların bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı müvafiq olaraq yeni cəmiyyətlərə keçir.

Hər iki cəmiyyətin fəaliyyətinə nəzarət məqsədilə 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Cari rəhbərliyi isə Müşahidə Şurası tərəfindən təyin olunan icraçı direktor həyata keçirəcək.

Nazirlər Kabinetinə normativ hüquqi aktların təkmilləşdirilməsi və cəmiyyətlərin nizamnamələrinin təsdiqi ilə bağlı tapşırıqlar verilib. Maliyyə Nazirliyi isə struktur və əməkhaqqı sistemləri üzrə maliyyə ekspertizası apararaq optimallaşdırma tədbirləri görəcək.

Fərman su təsərrüfatı sistemində idarəetmənin daha çevik və effektiv modelə keçirilməsinə yönəlib.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.