Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində növbəti qarşılaşmalar keçirilib. Azərbaycan futbol ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyan oyun Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Pley-off mərhələsinin ilk matçında “Qarabağ” İngiltərənin tanınmış klubu “Nyukasl Yunayted“i qəbul edib. Qarşılaşma Ağdam təmsilçisi üçün uğursuz başlayıb. Matçın 3-cü dəqiqəsində Entoni Qordon qonaqları önə çıxarıb – 0:1.
Cəmi beş dəqiqə sonra Malik Tiau fərqi artırıb – 0:2. İlk hissədə üstünlüyünü davam etdirən İngiltərə klubu Entoni Qordonun 32-ci dəqiqədə (penalti), 33-cü və 45+1-ci dəqiqələrdə (penalti) vurduğu qollarla fasiləyə 5:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə daha fəal oyun nümayiş etdirən “Qarabağ” 54-cü dəqiqədə Elvin Cəfərquliyevin qolu ilə hesab arasındakı fərqi azaldıb. Lakin 72-ci dəqiqədə Ceykob Mörfinin qolu oyunda son nöqtəni qoyub – 1:6.
Beləliklə, pley-off mərhələsinin ilk oyununda ağır məğlubiyyətlə üzləşən Ağdam klubu cavab görüşünə formal xarakterli matç kimi çıxacaq.
Digər oyunların nəticələri
-
Bode-Qlimt – İnter 3:1
-
Brügge – Atletiko Madrid 3:3
-
Olimpiakos – Bayer Leverkuzen 0:2