Bekhem ailəsində mübahisə: Məşhur adların ticarət nişanı hüquqları gündəmdə

Bruklin Bekhem ailəsi içindəki mübahisə ilə gündəmə gəldi və bu, məşhurların adlarının ticarət nişanı hüquqları ətrafında yaranan çətinlikləri dünya mediasında diqqət mərkəzinə gətirdi.

78

Dünya şöhrətli Bekhem ailəsində baş verən açıq mübahisə təkcə şəxsi münasibətləri deyil, həm də məşhurların adlarının ticarət nişanı hüquqları ətrafındakı mürəkkəb hüquqi məqamları gündəmə gətirib.

Bruklinn Bekhem bu həftə ictimaiyyət qarşısında valideynləri Devid BekhemViktoriya Bekhemi tənqid edərək, onların onun şəxsi adının kommersiya hüquqlarını “Brand Beckham” üçün istifadə etməyə çalışdıqlarını iddia edib.

Bruklin “İnstagram” paylaşımında, 2022-ci ildə Nikola Peltz ilə evlənməzdən əvvəl atasının və anasının ona adı üzərindəki hüquqları verməyə təzyiq etdiklərini söyləyib. Bu adın 2016-cı ildə – o 17 yaşında olarkən – ticarət nişanı kimi qeydiyyatdan keçirildiyi və moda, kosmetika, əyləncə və digər sahələri əhatə etdiyi bildirilir.

Bu mübahisə məşhurlar və tanınmış ailələr arasında adların ticarət nişanı kimi qorunması trendini diqqətə çarpdırır. Belə nişanlar məşhurlar üçün markalaşma və sponsorluq imkanlarını genişləndirməyə xidmət edir, lakin ailə üzvlərindən birinin adı üzərində başqa bir ailə üzvünün nəzarəti olması bəzən hüquqi çətinliklər yarada bilər. Hüquqşünaslar belə hallarda adı olan şəxsin öz adını kommersiya məqsədləri üçün istifadə etmək hüququnu qorumaq üçün mümkün yollar axtara biləcəyini qeyd edirlər.

Bruklin artıq evləndikdən sonra soyadına “Peltz” əlavə etməklə şəxsi brendini “Peltz Beckham” adı ilə qurduğunu nümayiş etdirib ki, bu da onun öz müstəqil markasını formalaşdırmaq istədiyinin siqnalıdır.

Belə mübahisələr məşhur adların mülkiyyət hüquqları ilə şəxsi identlik və kommersiya məna­sı arasındakı həssas tarazlığı ortaya qoyur və bu məsələ Beynəlxalq Əqli Mülkiyyət Orqanlarının gündəmində də geniş müzakirə olunur.