Zelenski “Rheinmetall” rəhbərinə sərt cavab verdi

Volodimir Zelenski “Rheinmetall” rəhbəri Armin Pappergerin Ukrayna dronlarını kiçildən sözlərinə ironik cavab verib: “Onda istənilən evdar qadın CEO ola bilər.”

32

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Rheinmetall” şirkətinin baş direktoru Armin Pappergerin Ukrayna dron istehsalçıları ilə bağlı sözlərinə ironik cavab verib.

Associated Press“-in məlumatına görə, Zelenski Pappergerin açıqlamasını “qəribə” adlandırıb və deyib ki, əgər “hər ukraynalı evdar qadın” həqiqətən dron istehsal edə bilirsə, o zaman onlardan hər biri “Rheinmetall”ın baş direktoru da ola bilər.

Qalmaqal Pappergerin “The Atlantic” jurnalına verdiyi müsahibədən sonra başlayıb. O, Ukraynanın bəzi dron istehsalçılarını kiçildici tərzdə “mətbəxdə 3D printerlə hissə hazırlayan evdar qadınlar” kimi təsvir edib və bunu innovasiya saymadığını bildirib. Bu fikirlər Ukraynada həm ictimaiyyətdə, həm də rəsmilər səviyyəsində ciddi narazılıq doğurub.

Zelenskinin reaksiyası tək qalmayıb. Ukraynalı rəsmilər və sosial şəbəkə istifadəçiləri yerli dron sənayesinin müharibədə həlledici rol oynadığını vurğulayıb, bəzi paylaşımlarda isə #MadeByHousewives həştəqi yayılıb.

Təzyiqlərdən sonra “Rheinmetall” rəsmi açıqlama yayaraq Ukraynanın müdafiə səylərinə “ən yüksək hörmət” bəslədiyini bildirib və ölkənin innovasiya gücünü tərifləyib. Şirkətin bu mövqeyi, baş direktorun açıqlamalarından sonra yaranan narazılığı yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930