“Yüzilliyin oğruluğu” sonrası Luvr muzeyində böhran: işçilər tətil elan etdi

Parisdəki Luvr muzeyində təhlükəsizlik və resurs böhranı işçiləri tətilə çıxmağa məcbur etdi. Soyğun, iş şəraitinin pisləşməsi və infrastruktur problemləri bu qərarın əsas səbəbləri olub.

114

Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr, ard-arda baş verən hadisələrdən sonra təhlükəsizlik və resurs böhranı ilə üzləşib. İşçilər, iş şəraitinin pisləşməsi və gələcək təhlükəsizlik narahatlıqları səbəbindən tətil qərarı qəbul ediblər.

Fransız mətbuatının xəbərinə görə, CGT, CFDT və Sud sindikatları tərəfindən qəbul olunan tətil qərarı Fransa mədəniyyət naziri Raşida Datiyə rəsmi olaraq bildirilib. Sindikatlar bildirirlər ki, Luvr ziyarəti artıq “sənət və mədəniyyətlə görüş” deyil, “həqiqi bir əngəl parkuru”na çevrilib. Bu vəziyyətin səbəbi kimi muzeyin resurs çatışmazlığı və ağır iş şəraiti göstərilir.

19 Oktyabr 2025-ci ildə muzeydə baş verən gündüz soyğunu, böhranın əsas səbəbi olub. Oğrular səkkiz dəqiqədən az müddətdə təxminən 88 milyon avro dəyərində zinət əşyaları oğurlayıblar. Oğrular yük lifti və pəncərə vasitəsilə içəri daxil olub, kassaları xüsusi alətlə kəsərək motosikletlərlə qaçıblar. Muzey direktoru hadisəni “təhlükəsizlikdə dəhşətli bir uğursuzluq” kimi qiymətləndirib.

Oğurlanan qiymətli əsərlər arasında İmperatriça Marie-Luiseə hədiyyə edilən almaz-zümrüd boyunbağı və İmperatriça Yevgeniyanın inci və almaz tacı yer alır. Hadisə, uzun müddətdir davam edən təhlükəsizlik boşluqlarını gündəmə gətirib.

Muzeyin tarixi və nəhəng binaları isə baxımsızlıq səbəbindən risk daşımağa başlayıb. 26 Noyabr tarixində baş verən su sızması, Misir antikvarları üzrə ixtisaslaşmış kitabxanadakı yüzlərlə nəşrə ziyan vurub. Zərər görən materiallar arasında XIX və XX əsrə aid revyular və sənədlər də yer alıb. Sızmanın, dəyişdirilməsi planlaşdırılan su borularından birindəki vananın açılması nəticəsində başladığı bildirilib.

Bina infrastrukturundakı problemlər bununla məhdudlaşmır. Ötən ay, döşəmə dirəklərindəki zəifləmə səbəbindən bəzi ofislər və sərgi salonları müvəqqəti olaraq bağlanıb. Sindikatlar qeyd edirlər ki, bu kimi struktur problemlər ziyarətçi təcrübəsinə birbaşa təsir edir və sərgilərin bağlanmasına səbəb olur.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.