Keçmiş Yuqoslaviya liqasında keçirilən Zaqreb “Dinamosu ilə Belqradın “Srvena Zvezda” arasındakı görüş Yuqoslaviyanın parçalanmasına və Xorvatiyanın müstəqil olmağına gedən yolda vacib bir hadisə, hətta çox insana görə “müharibəni başladan oyun” kimi də tarixə düşüb. Üstəlik, bu hadisə, çox adama görə 2018-ci ildə Xorvatiya millisinin DÇ-nın finalına çıxmasından da önəmli idi…
Zaqrebdəki “Maksimir” stadionundakı təməli qoyulan bu müharibə çox insanın fikrincə Avropada İkinci Dünya müharibəsibəsindən sonra yaşanmış ən qanlı savaşdır. Bu müharibədə 140 000 insan həlak olub, 2 milyondan artıq insan isə doğma yurdundan didərgin düşüb. Zvonimir Bobanın azarkeşlərdən birini qorumaq üçün polisə təpik atmağı bu cür hadisələrin başlanğıcı olacağını heç kimin ağlına gətirməzdi. 13 may 1990-cı ildə keçirilən bu qarşılaşma futbolun bir oyundan daha artığı olduğunu bir daha sübut edir.
Dünyanın bir çox futbol stadionlarının qarşısında heykəl var. Adətən bu heykəllərin böyük hissəsi həmin kluba aidiyyatı olan şəxslərə – futbolçularla, məşqçilərlə, funkisonerlə bağlı olur. Amma “Maksimir” stadionun qarşısında 3 əsgər heykəli var. Heykəlin aşağısında isə bu sözlər yazılıb:
“13 may 1990 tarixində bu stadionda Serbiya ilə müharibəni başladan azarkeşlərə…” Bu açıqlama oyunun geri planda qaldığı və bir müharibəni başladan təpiyə – Bobanın səhnəyə hakim olduğu bir matçda yaşanan hadisəyə həsr edilməkdədir.
Əvvəla, bir az məsələnin arxa planından danışaq. Bobanın “Dinamo”su ilə “Srvena Zvezda” arasında bu gün də xoş xatırlanmayan matça qədər yaşananlara kimi. Yuqoslaviya onsuz da qarşıdakı 5 ildə parçalanacaq vəziyyətə gəlmişdi. Xorvatiya bu qarşılaşmadan 1 ay əvvəl seçki keçirmiş və müstəqillik tərəfdarı olan Franyo Tudman qalib gəlmişdi. Tudman və onun ətrafı Zaqreb kimi Xorvatiyanın digər böyük şəhərlərində yaşayan serblərin reaksiyasını nəzərə almamaqla böyük səhvə yol vermişdi.
İşin əsli isə Xorvatiyadakı serblərin soyqırım təhdidi altında olduğunu iddia edən və Belqrad tərəfindən maddi baxımdan dəstəklənən media kampaniyası aparılırdı. Bu təxribat onsuz da qızışan hadisələri daha da qızışdırırdı. Xorvatiyadakı bir çox serb Tudmanın edilənlərdən peşman olmadığını və xorvat millətçiliyinin hazırda yüksəltməklə faşizmə apardığını bildirirdi. Tudmanın uğurundan sonra əksər xorvatiyalılar öz dövləti üçün yeni bir dövr axtarışında idi. Xorvat millətçiliyi üzə çıxmışdı. “Şahovniça” (qırmızı-ağ dama-dama xanədanlıq simvolu) artıq klubların loqolarının üzərinə əlavə edilir, binalardan bayraqlar asılır, dövlət dili isə serbcədən xorvatcaya keçir, çox sayda serb işdən azad edilirdi.
Tudmanın müstəqillik və millətçilik tərəfdarı olması Xorvatiyanı Serbiyanın və Serbiya Kommunist Partiyasının lideri Slobodan Miloşeviçin caynaqları altında görürdü. Miloşeviç serblər tərəfindən idarə edilən bir Yuqoslaviyanın yaşayacağına inanırdı. O, əvvələr muxtar vilayətlər olan Kosovo və Voyvoda üzərinə yenidən təsirini saxlamışdı, amma daha çox azadlıq istəyən Xorvatiya, Sloveniya və Bosniya asanlıqla diz çökmək fikrində deyildi. Yekunda 1990-cı il boyunca gərginlik zirvəyə çıxdı və artıq müharibə qaçınılmaz kimi görünürdü.
Bu siyasi gərginlik Yuqoslaviyanın bütün respubilkalarının da yer aldığı futbol çempionatının davam etməyinə əngəl olmadı. Beləcə 13 may 1990-cı ildə “Srvena Zvezda” “Maksimir”də “Dinamo” ilə qarşılaşmaq üçün Zaqrebə gəldi. Hər iki komandanın azarkeşləri arasında şiddətə meyilli qruplar vardı. “Srvena Zvezda” xuliqanlarına dosyesi heç də yaxşı olmayan Zleyko Raztanoviç başçılıq edirdi. Bu, “Deliye”(“Arkan” da deyilir) qrupu idi. Zaqreblilərin şiddətə meyilli azarkeş qrupu isə “Bad Blue Boys” (Pis Mavi Uşaqlar) idi. Hər iki azarkeş qrupu arasında iğtişaş yaşanması adi bir hal idi. Amma bu dəfə həmişəkindən fərqli idi, sanki kimlərsə bunda maraqlı idi. İğtişaş meydançadan kənarda başladı və Zaqreb küçələrinə kimi davam etdi. “Deliye” oturacaqları söküb xorvatlara tərəf atmamışdan qabaq “Zaqreb Serbiyadır” yazılmış pankart açmışdı. Xorvatlar “Srvena Zvezda” bayraqlarını cırmağa başladılar və iki azarkeş qrupu arasında hətta meydançanın içinə qədər böyüyən dava başladı. Bu vaxt isə təhlükəsizliyi qorumalı olan polis hadisələrə müdaxilə etmirdi.
“Srvena Zvezda” futbolçuları meydanı tərk etdi, amma bir çox “Dinamo” futbolçusu qorumaq üçün meydançada qaldı. Həmin vaxt Zvonimir Boban 21 yaşı olan yarımmüdafiəçi həm də, komandanın kapitanı idi. O, bir “Dinamo” azarkeşinə polisin hücum etdiyini görür və polisə tullanaraq təpik vurur, azarkeşin qaçmağına kömək edir. Bu an kameralara da düşür və qısa müddət ərzində Boban Xorvatiyada xalq qəhrəmanı, Xorvatiyanın azadlıq mübarizəsinin simvolu olur. Boban Yuqoslaviya Futbol Federasiyası tərəfindən 9 oyunluq cəza alır və DÇ-1990-da iştirak etmir. Qısa müddətdə Yuqoslaviyanın çox yerindən təzyiqlərə məruz qalır, 1 il sonra isə “Milan”a transfer olur. O, sonralar çox uğurlu karyera qurur. Maraqlıdır ki, qazanılan bir çox uğurlara baxmayaraq, karyerasındakı ən uğurlu zərbəni futbol topuna yox polisə vurduğu anda reallaşdırmışdı.
Müəllif:
Elmar Abdullazadə