“Volkswagen” 100 min elektromobili geri çağırır

"Volkswagen" batareya nasazlığı səbəbindən təxminən 100 min elektrik avtomobilini geri çağırır. Yanğın riski də qeyd olunur.

8

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” təxminən 100 min elektrik avtomobilini geri çağırmaq qərarı verib. Buna səbəb yüksək gərginlikli batareya modullarında aşkarlanan texniki nasazlıqlardır.

Almaniyanın nəqliyyat qurumu KBA-nın məlumatına görə, geri çağırış əsasən 2022-ci ilin fevralı ilə 2024-cü ilin avqustu arasında istehsal olunmuş modelləri əhatə edir. Bunlar arasında təxminən 75 min “Volkswagen ID” seriyası avtomobil və 20 minə yaxın “Cupra Born” yer alır.

Problemin batareya modullarının texniki standartlara cavab verməməsi ilə bağlı olduğu bildirilir. Bu nasazlıq nəticəsində avtomobillərin yürüş məsafəsi azalır və hətta yanğın riski yaranır.

Şirkət tərəfindən açıqlanan plana əsasən, geri çağırılan avtomobillərdə proqram təminatı yenilənəcək, batareya sistemi yoxlanılacaq və zərurət yarandıqda zədələnmiş modullar dəyişdiriləcək.

Geri çağırılan avtomobillərin təxminən 28 mininin Almaniyada olduğu qeyd olunur.

Ekspertlər bildirirlər ki, bu cür problemlər elektromobil bazarında təhlükəsizlik və keyfiyyət standartlarının nə qədər vacib olduğunu bir daha göstərir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026