Venesuelada müdafiə naziri dəyişdi: Qustavo Qonzales Lopes vəzifəyə gətirildi

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriues ölkənin yeni müdafiə naziri kimi general Qustavo Qonzales Lopesi təyin edib.

19

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ölkənin müdafiə naziri vəzifəsinə general Qustavo Qonzales Lopesi təyin edib. O, uzun illər bu postu tutmuş general Vladimir Padrino Lopesi əvəz edib.

Rodrigea qərarı sosial media hesabında açıqlayaraq bildirib ki, Qustavo Qonzales Lopes bundan sonra “Xalq Hakimiyyəti Müdafiə Naziri” vəzifəsini icra edəcək. O, əvvəlki müdafiə naziri Vladimir Padrino Lopesə xidmətlərinə görə təşəkkür edib və onun hökumətdə başqa vəzifə alacağını qeyd edib.

Yeni müdafiə naziri əvvəllər Venesuelanın daxili kəşfiyyat xidmətinə rəhbərlik edib. O, həmçinin ölkənin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin (DGCIM) rəhbəri və prezident mühafizəsinin başçısı kimi fəaliyyət göstərib.

Qustavo Qonzalez Lopes ABŞ və Avropa İttifaqı tərəfindən insan hüquqlarının pozulması və korrupsiya iddiaları səbəbilə sanksiyalara məruz qalıb. Buna baxmayaraq, o, Venesuelada təhlükəsizlik strukturlarında uzun illər mühüm vəzifələrdə çalışmış nüfuzlu hərbi fiqur hesab olunur.

Vladimir Padrino Lopes isə təxminən 11 il ərzində Venesuelanın silahlı qüvvələrinə rəhbərlik edib və devrilmiş prezident Nikolas Maduronun ən yaxın müttəfiqlərindən biri sayılırdı. Analitiklər onun vəzifədən uzaqlaşdırılmasını hökumətdə son dövrdə baş verən ən mühüm dəyişikliklərdən biri kimi qiymətləndirirlər.

Mənbələr bildirir ki, bu dəyişiklik Venesuelanın ABŞ-la münasibətlərində və ölkənin enerji sektoru ilə bağlı danışıqlarında yeni mərhələyə keçidə işarə edə bilər. Bununla belə, ekspertlər hesab edir ki, hökumətin ümumi siyasətində ciddi dəyişiklik gözlənilmir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026