Epşteyn sənədləri: Şahzadə Endryu Gisleyn Masveli kral ailəsinin ən məxfi məkanına aparıb

Epşteyn sənədləri sabiq Şahzadə Endryunun Gisleyn Maksveli Sendringem sarayına apardığını və kral ailəsinə yaxınlığını üzə çıxarıb. Fotoşəkillər Britaniya monarxiyasında yeni qalmaqala səbəb olub.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Ceffri Epşteyn sənədləri Böyük Britaniya kral ailəsi ilə bağlı yeni qalmaqallı faktları üzə çıxarıb.

Sənədlərə əsasən, sabiq Şahzadə Endryu Mauntbatten-Uindsor Epşteynin yaxın silahdaşı Gisleyn Maksveli kral ailəsinin ən məxfi məkanlarından biri olan Sendringem iqamətgahına aparıb.

Sənədlərdə yer alan fotoşəkillərdən birində Endryu Mauntbatten-Uindsor Sendringem sarayının salon otağında beş qadının dizləri üzərində uzanmış vəziyyətdə görünür. Şəkildə Gisleyn Maksvelin də hadisəni izlədiyi qeyd olunur. Qadınların kimliyi sənədlərdə gizlədilib.

Sözügedən foto kral ailəsinin Milad ərəfəsində ənənəvi olaraq çay süfrəsi arxasında toplandığı və növbəti gün monarxın əvvəlcədən yazılmış Milad müraciətini izlədiyi salon otağında çəkilib. Bu fakt Epşteyn və ətrafının Britaniyanın yüksək cəmiyyətinə nə qədər geniş çıxış imkanına malik olduğunu göstərir.

Sənədlərdə həmçinin Endryu Mauntbatten-Uindsorun Epşteyn və Maksvel ilə birlikdə Askot yarışlarında Kral lojəsinda, eləcə də Balmoral yaxınlığında ov səfərində çəkilmiş fotoları da yer alır. Başqa bir şəkildə isə Gisleyn Maksvel Londonun Dauninq Strit 10 ünvanı qarşısında görünür.

Askot yarışlarında Kral lojası
Balmoralda ov
Gisleyn Maksvel Londonun Downing Street 10 ünvanı qarşısında

Məlumata görə, Maksvel hazırda uşaq alveri və cinsi istismar cinayətlərinə görə 20 il həbs cəzası çəkir. Epşteyn isə 2019-cu ildə ABŞ-da federal həbsxanada intihar edib. O, daha əvvəl azyaşlıya qarşı cinsi istismar cinayətini etiraf etmişdi.

Kral tarixçisi Endryu Launi bildirib ki, Mauntbatten-Uindsor Epşteyn və Maksvelin kral iqamətgahlarını “özəl əyləncə meydanına çevirməsinə” imkan verib və bu, ictimaiyyət qarşısında son dərəcə mənfi qarşılanacaq.

Sənədlərdə həmçinin Endryunun sabiq həyat yoldaşı Sara Ferqyusonun da müxtəlif fotoları yer alıb. 2025-ci ilin sentyabrında Ferqyusonun Epşteynə ünvanladığı və onu “əziz dostum” adlandırdığı üzrxahlıq məktubu da üzə çıxmışdı.

Sarah Ferqyuson
Sarah Ferqyuson

Qeyd edilir ki, Epşteyn ilə dostluq əlaqələri Britaniya monarxiyasını 2025-ci ilin əvvəlində ciddi böhranla üz-üzə qoyub. Bu səbəbdən kral Endryu Mauntbatten-Uindsoru bütün titullarından məhrum edib və onu saraydan faktiki olaraq təcrid edib.

Bukingem Sarayı məsələ ilə bağlı şərh verməkdən imtina edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.