Bu gün İsveçrənin Nyon şəhərində 2025/26 UEFA Çempionlar Liqasının 1/8 final, 1/4 final və yarımfinal püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində “knockout” mərhələsinin tam cədvəli formalaşdırılıb. 1/8 final oyunları martın 10-11 və 17-18 tarixlərində baş tutacaq. Qaliblər növbəti mərhələlərə – dörddəbir final və yarımfinala yüksələcəklər, final isə 30 May 2026-cı il tarixində Macarıstanın Budapeşt şəhərindəki Puskás Arenada keçiriləcək.
Beləliklə, 1/8 final mərhələsinin püşaktmasının nəticələri aşağıdakı kimidir:
Paris Sen Jermen – Çelsi
Real Madrid – Mançester Siti
Nyukasl Yunayted – Barselona
Bodo/Qlimt – Sportinq Lissabon
Qalatasaray – Liverpul
Atalanta – Bayern Münhen
Atletiko Madrid – Tottenhem
Bayer Leverkuzen – Arsenal